Ermənilərin mülki əhaliyə hücumları ilə bağlı beş cinayət işi açıldı - RƏSMİ

“Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhaliyə atəş açılması nəticəsində baş verən cinayət faktları ilə bağlı cinayət işi açılıb”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə bildirib.
O qeyd edib ki, faktla bağlı beş cinayət işi başlanıb:
“İstintaqın davam etdirilməsi üçün sənədlər Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu