Ermənilərin atdığı top mərmiləri Ağdamda Poçt binasına və xəstəxanaya düşüb

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Yerli sakinlərin APA -nın Qarabağ bürosuna verdiyi xəbərə görə, ermənilərin atdığı top mərmisi Qapanlı kəndində Poçt binasına və kənd xəstəxanasına düşüb.
Bundan başqa kənd sakini Zülfüqar Quliyevin həyətinə mərmi düşüb. Nəticədə 8 baş iri buynuzlu heyvanının tələf olub.
Hazırda ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu