Səfir Bilal Haye: Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik

Pakistan qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəkləyib. Bizim qəlbimiz Azərbaycan xalqı ilədir.
AZƏRTAC xəbər verir ki, bunu Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfiri Bilal Haye etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən deyib.
Səfir bildirib ki, bu gün Qoşulmama Hərəkatının nazirlər səviyyəsində toplantısında çıxışı zamanı Pakistanın Xarici İşlər naziri Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqq işinə Pakistanın dəstəyini bir daha ifadə edəcək. “Biz bildirmək istəyirik ki, sizin mövqeyiniz ədalətli, qanunidir və bu məsələnin həlli qeyri-müəyyən müddətə təxirə salına bilməz, çünki bu, ədalətli mövqedir. Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik”, - deyə səfir qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu