Ədalət Vəliyev: Prezidentimizin ağsaqqallardan gözləntiləri çoxdur

Prezident İlham Əliyevin ağsaqqallarımızdan gözləntisi hər zaman xalqın arasında, haqqın yanında olmaları, milli birliyə xidmət etmələri, Azərbaycan xalqını qələbəyə ruhlandırmalarıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Ağsaqqallar Şurasının videokonfrans formatında keçirilən qurultayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

Ağsaqqallarımızın gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak etmələrinin əhəmiyyətini vurğulayan Ə.Vəliyev bildirib ki, Prezidentin ağsaqqalardan digər gözləntiləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini gələcək nəsillərə çatdırmaqdır. İnanırıq ki, Ağsaqqallar Şurası bu istiqamətdə səylərini daha da artıracaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu