Diqqət Anar Eyvazova yönəlib ! Müdafiə Nazirliyi təbliğatı yaxşı qurub

Onu bütün ölkə tanıyır artıq. Anar Eyvazov – xalqımıza kəndlərimizin işğaldan azad edildiyi müjdəsini verən Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi.

Erməni separatçılarının cəbhədə növbəti təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi uğurlu əks-hücumlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndlərinin işğaldan azad edilməsi, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postlarının darmadağın edilib hakim yüksəkliklərin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi xəbərini xalqa məhz Anar Eyvazov verdi.

Sentyabrın 27-si keçirilən brifinqdə bu müjdəli xəbəri verərkən A.Eyvazovun səsindəki həyəcanı və sevinci o anda ekran qarşısında dayanmış hər kəs duydu.  İndi bütün ölkə Anar Eyvazovun efirdə tez-tez görünməyini arzulayır; daha hansı kəndlər, hansı ərazilər mənfur erməni tapdağından təmizlənib, bunu eşitmək istəyir xalqımız. Biz bu xəbərləri eşidəcəyimizə inanırıq.   


Kimdir Anar Eyvazov? Qeyd edək ki, bu günlərdə Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

Müdafiə nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub.



Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına isə polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.
Birinci Qarabağ savaşının iştirakçısı, Qarabağ qazisi, “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu “Şərq”ə açıqlamasında Anar Eyvazovun təyinatının uğurlu olduğunu dedi: 

- Məncə, uğurlu təyinatdır. İlkin təəssürat yaxşıdır. Anar Eyvazov düzgün seçilmiş kadrdır. A.Eyvazova uğurlar arzulayırıq. Amma əlbəttə, hamımız, bütün xalq qələbə xəbərini Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlıdan gözləyir. Ümir edirik ki, Ali Baş Komandan xalqın bu istəyini nəzərə alacaq. 

R.Kərimoğlu qeyd etdi ki, son zamanlar cəmiyyətə informasiyanın çatdırılması baxımından irəliləyişlər var: 

- Cəmiyyətə vaxtaşırı xəbərlər verilir. Bu da cəmiyyətin məlumatlandırılması baxımından çox yaxşıdır. Müdafiə Nazirliyi bu sahədə müsbət dəyişikliyə nail olub.   

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu