Almaniyada ictimai nəqliyyat işçiləri tətilə çıxdı: Metronun fəaliyyəti dayandı

Almaniyada ictimai nəqliyyat işçiləri iş şəraitinin yaxşılaşdırılması tələbi ilə “xəbərdarlıq tətili”nə başlayıb.
“Anadolu” agentliyi xəbər verir ki, ölkə daxilində 130 ictimai nəqliyyat şirkətində çalışan təxminən 87 000 nəfər tətil edir.
Səhərin erkən saatlarında başlayan tətil zamanı işçilər işi dayandırıb, avtobus və metro fəaliyyət göstərmir.
Bir çox metro girişi gediş-gəliş olmadığına görə bağlanıb.
Tətili səbəbilə nəqliyyatda problemlər yaranıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu