“Şagirdlər koronavirusa məktəbdənkənar yerlərdə yoluxurlar” – İddia 

“Orta məktəblərdə sanitar-epidemioloji qaydalara tam əməl edilir”

“Belə bir vəziyyətdə düşünürəm ki, məktəblərin bağlanmasına ehtiyac qalmayacaq”


Rusiya paytaxtında orta məktəblər koronavirusla əlaqədar ikihəftəlik tətilə göndərilir. Bu barədə Moskva meri Sergey Sobyanin əmr imzalayıb.
Əmrə əsasən, oktyabrın 5-dən 18-nə kimi Moskvanın orta məktəbləri ikihəftəlik tətilə göndərilir. Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur.
Bu günlərdə BMT Baş katibi Antonio Quterreş isə dünyada koronavirusdan ölüm sayının təəccüb doğurduğunu deyib. Bu barədə “RİA Novosti” xəbər yayıb.
“Dünyamız dəhşətli bir mərhələyə qədəm qoyub: COVID-19 pandemiyası bir milyon insanın həyatına son qoyub. Bu təəccüb doğuran rəqəmdir”, - deyə o, bildirib.




Bu sahədə ölkəmizdəki vəziyyəti dəyərləndirən təhsil eksperti Elşən Ramizoğlu “Sherg.az”a deyib ki, Azərbaycanda məktəblərin bağlanmasını düzgün hesab etmir: 
“Mövcud vəziyyətlə əlaqədər olaraq bəzi məktəblərdə onsuz da dərslər dayanıb. İkinci bir tərəfdən müşahidələr onu göstərir ki, həmin şagirdlər koronavirusa məktəbdənkənar yerlərdə yoluxurlar.

Həm də şagirdlər hərarətləri yoxlanıldıqdan sonra içəri buraxılır, orta məktəblərdə sanitar-epidemioloji qaydalara tam əməl edilir.

Belə bir vəziyyətdə düşünürəm ki, məktəblərin bağlanmasına ehtiyac qalmayacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu