“Düşmənin mülki yerləri bombalaması hərbi cinayətdir” 

“Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, əmri verənlər də, icra edənlər də məsuliyyətə cəlb olunmalıdırlar”

“Həmin şəxslər beynəlxalq axtarışa verilməli, tutulmalı və mühakimə edilməlidirlər”

Erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində yerləşən kəndləri intensiv atəşə tutması nəticəsində evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Ermənilərin atdığı çoxsaylı mərmilər Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşmış Qiyaslıdan olan məcburi möçkün Qalib Babayevin yaşadığı evə düşüb. Nəticədə ev dağılıb, ciddi ziyan dəyib.

 Nəinki son günlər genişmiqyaslı hərbi əməliyyatlar başlandığından, 30 ildir ki, düşmən   silahlarını dinc sakinlərə tuşlayır. Biz işğalçılarla, onlar isə mülki, əliyalın sakinlərimizlə mübarizə aparır. Bunun bir cəzası olmalıdır, ya yox?



 Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov “Sherg.az”a bildirib ki, düşmən bu əməlinə görə, məsuliyyətə cəlb edilməlidir:

“Müharibə şəraitində hərbi məqsədə xidmət etməyən istənilən addım ya hərbi, ya insanlıq, ya da soyqırım cinayəti kimi qiymətləndirilməlidir. Düşmənin hərbi obyektdən tamamilə kənarda mülki yerləri bombalaması hərbi cinayətdir.

Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, əmri verənlər də, icra edənlər də məsuliyyətə cəlb olunmalıdırlar.

Gəncə, Naxçıvan və Lənkəranda ağır cinayətlər məhkəməsi var. Həmin şəxslər beynəlxalq axtarışa verilməli, tutulmalı və mühakimə edilməlidirlər. Onu da deyim ki, belə cinayətlərin müddəti yoxdur. Yəni cinayətkar 50, 100 il sonra tutulsa da, eyni məsuliyyətlə cəzalanmalıdırlar.
Bu məsələ təkcə hərbi yox, həm də siyasi əhəmiyyətlidir. Yəni ayrı-ayrı cinayətkar fərdlər yox, bütünlüklə dövlət də məsuliyyət daşıyır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu