“Xalqımız dövlətə və torpağa bağlıdır”

“Əsgərlərimiz bilir ki, onun arxasında ordumuz var”

 “Ordumuzun arxasında xalqımızın durur. Ali Baş Komandanımız xalqına və orduya inanır. Xalq və ordu da Prezidentə güvənir”

Sentyabrın 27-də Ermənistan növbəti dəfə təxribata əl atdı. Düşmənin bu adımı bardağı daşıran son damla idi. Bu günə qədər beynəlxalq hüququn normalarını kobud şəkildə pozan ermənilər Azərbaycan torpaqlarını zəbt edib hər cür çirkin əməllərə əl atıblar. Ona görə də Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçərək, torpaqlarımızı azad etmək uğrunda mübarizəyə başladı.

Tarixən xalqımız vətənpərvər, mərd və qorxmazlığı ilə seçilib. Dövlət başçımızın iradəsi, qətiyyətli mövqeyi, yürütdüyü siyasət hər birimizdə güvən hissi yaradır. Hazırda bütün hərbi hissələrimizdə, əsgərlərimizdə, cəmiyyətimizdə ruh yüksəkliyi var. Ordumuza könüllü şəkildə yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.

 Prosesləri “Sherg.az”a şərh edən ehtiyatda olan polkovnik Nazim Əhmədov bildirib ki, hazırda əsgərlərimiz vuruşur və bütün xalq ordumuzun arxasındadır:

 “Ümummilli liderimiz Heydər Əliyev çıxışlarından birində demişdi ki, “vətənpərvərlik sadəcə orduda xidmət etmək deyil, vətəni sevmək, dövlətinə sadiq olmaq və dövlətə bağlılıqdır. Qismən səfərbərlik elan olundu. Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarələrinin qabağında minlərlə gənc, veteran, yaşlı vətəndaş var. Onların hamısı könüllü olaraq müharibəyə getmək istəyir.

Bütün bunlar xalqımızın vətəni sevdiyini göstərir. Respublikamızda birlik yaranıb, hər kəs bir-birinə can deyib, can eşidir. Bir fikir və məqsəd var-o da torpaqlarımızı azad etməkdir. Ordumuzun buna gücü, qüdrəti, silahı və müasir texnikası var. 7 kəndimiz və Murov dağ silsiləsi azad olunub. Xalqımız dövlətə, millətimiz torpağa bağlıdır”.

 N.Əhmədovun sözlərinə görə, əsgərlərimiz bilir ki, onun arxasında ordumuz var:

“Ordumuzun arxasında isə xalqımızın durur. Ali Baş Komandanımız xalqına və orduya güvənir. Xalq və ordu isə Ali baş Komandana güvənir. Düşmənin nə qədər hərbi texnikası məhv edilib. Başqalarının torpağında gözümüz yoxdur, bizim olan torpaqları azad edirik. Hər zaman birlik, bərabərlik göstərmişik. Bu, yenə də davam edir. Cəmiyyətimizdə böyük ruh yüksəkliyi var. Çünki Azərbaycan əsgəri və ordusunun gücü, qüdrəti, qətiyyəti artıq bütün dünyaya bəlli oldu. Bu hiss xalqımıza güvən verir.

 Ali Baş Komandanımız elə-belə demədi ki, “Erməni əsgəri ölmək istəmirsə, rədd olub Azərbaycan torpağından getsin”. Qələbə bizimdir və sona kimi də gedəcəyik!”.                                                               

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu