Tbilisidə Azərbaycana dəstək aksiyası

Gürcüstanın paytaxtı Tbilisi şəhərində müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, Heydər Əliyev adına parkdan başlayan yürüş Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında başa çatıb. Yürüş iştirakçıları yol boyu Azərbaycan dövləti və Azərbaycan silahlı qüvvələrinə dəstək şüarları səsləndiriblər.
Səfirliyin binası önündə aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Səfirliyin I katibi Anar Rəsulov aksiyaçılarla görüşüb və onlara nümayiş etdirdikləri dəstəyə görə Azərbaycan dövləti adından təşəkkür edib.
Böyük Vətən Müharibəsində Azərbaycan Ordusunun zəfər çalmaqda davam etdiyini bildirən diplomat deyib: "Silahlı Qüvvələrimiz uğurlu əməliyyatlar aparırlar. Azərbaycan əsgərləri işğal altında olan bütün torpaqlarımızı azad edəcəkdir".
O, soydaşlarımızı ayıq-sayıq olmağa və təxribatlara uymamağa çağırıb.
Aksiya "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağ Azərbaycandır!" şüarları ilə başa çatıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu