Vətəndaş çağırışı 

Üç onillik Azərbaycan torpaqlarını zorla tutaraq basqı altında saxlayan Ermənistan son vaxtlar bu torpaqları boşaltmaq yerinə daha qabağa gedərək, onları özününkiləşdirmək siyasətinə başladı. İş o yerə çatdı ki, Ermənistanın baş naziri  Yuxarı Qarabağ Ermənistanın bir hissəsidir dedi ki, bu da Azərbaycan torpaqlarının işğalının Ermənistan tərəfindən rəsmi bəyan edilməsi deməkdir. Hansı ki, indiyə kimi, faktiki işğal siyasi kamufulyaj adlar altında gizlədilirdi. Bu, indiyə kimi “problemi dinc yolla çözək” prinsipinin üstündən xətt çəkir. Dinc yolla çözmək, siyasi hüququn əsas prinsiplərindən birini, süverenliyin toxunulmazlığını, pozulduqda isə şərtsiz bərpasını nəzərdə tutur.

Belə bəyanatsa, Ermənistanın Azərbaycanın süverenliyini açıq-aşkar pozması deməkdir. Bütün bunlar Azərbaycan tərəfindən görməməzliyə vurula bilməzdi və Azərbaycan prezidenti tərəfindən fərqli formatlı bir çox konfranslardaErmənistanın ağlı söz - ağzı qatıq kəsməz baş naziri  solaxay siyasi şapalaqlarla “siyasi yerə” sərildi və həm dünya gözündən, həm də öz ölkəsində gözdən salındı. Bütün bu olaylarda isə, hamıdan çox belə bir yarıtmaza maya qoyanlar yerində qurcuxurdular.

Onlar tərəfindən, Ermənistanda və bütövlükdə dünyada bütün bu olaylara baxan gözləri yayındırmaq üçün Ermənistanın baş nazirinəAzərbaycana qarşı arxasında dura bilməyəcəyi bəyanatlar verdirildi. (Medianın burularaq buraxılmış siyasi oyuncağın özünün nəyəsə qadir olmasından yazması gülüş doğurur.)

Bəs Ermənistanın baş naziri belə bəyanatlar vermək üçün gücü hardan alır? Kimlərdi onun boynuna siyasi kəndir keçirib siyasi meydanda fırladanlar? Ermənistandan çox baş nazirə Qarabağ hədiyyəsi verilməsi regional anti-Azərbaycan siyasətidir, yoxsa yarımçıq qalmış bir qlobal siyasətdə yeni bir gedişdir? (Bir tərəfdən kiçik ölkəyik, o biri tərəfdənsə, savaş durumundayıq, ağzımız qızışmasın, çox bilib-başa düşdüklərimizi danışmaqdan daşınmalıyıq. Belə də edəcəyik. Oxuyub biləcəkləriniz yalnız dəryada damladır.) 

Adı çox hallandırılan fond xırda olmasa da, kürəvi korrupsiyada bir vintcikdir. Arxasında duranlar isə özlərini dünyanı fırladanlar sayırlar və dünyanı uğurla qarışdırdıqlarına görə  ödül kimi siyasi postda saxlanılır(dı)lar. Bunun da bir sonu olmalıydı, bizlik deyil. Faciə ondadır ki, onların əlindən dəyişib düzəlmək, yaxşıya doğru getmək funksiyası alınıb.

Buraları eşidib addım atdılar, amma bizcə gecdir. Siyasi ölüm hökmünü, bizcə, kimsə dəyişəmməz. Bəs belə hökmün nədəni nə? (Gəlin belə danışaq, belə sıxılıb suyu çıxarılmış, kəsik-kəsik söhbətləri anlamayanlar özlərinə güc gəlməsinlər, güc çatmayan düşüncə ağırlığını qaldırmaq daha yaman sonluğa gətirər. Ötürün. Hər bir kəs öz yerində yaxşıdır.)

Türkiyədə “15 iyul” çevrilişi baş tutsaydı, ardınca Azəbaycanda çevriliş baş tutacaqdı. Bunun üçün Türkiyədə başladılan kadrların yerləşdirilməsi siyasəti Azərbaycanda da uğurla yerinə yetirilmişdi: onlar aşağıdan yuxarı bütün postlarda yerləşdirilmişdilər. Özü də, dostluq qardaşlıq adı altında. Amma ....
“Sən saydığını say, gör fələk nə sayır”.

Türkiyədə son iki onillikdə aparılan siyasət Türkiyə vətəndaşını ayaqüstə qoymuşdu. Bütün güc strukturları, demək olar ki, dövlətə, dövlətçiliyə, ölkə başçısına xəyanət etdiyi halda O - Vətəndaş qalxdı və çevrilişin qarşısını aldı. İndi bilirik ki bu, təkcə çevrilişin qarşısının alınması yox, dövlətçiliyin qorunması idi. Bu, kürəvi korrupsiyanın, xaosu düşünülmüş şəkildə, Azərbaycan da içərisində olmaqla, bölgəyə sürükləməsinin dayandırılması idi. Yaşa Türkiyə vətəndaşı, yaşa Türkiyə. 

Təkcə iki ölkədə çevrilişin qarşısınımı aldı vətəndaş? O, kürəvi korrupsiya qarşısında boynuna xaos öhdəliyi götürmüşlərin etimadını qırdı. Küçə narkotik alveri deyil ki barmağını kəsməklə əl çəkilsin. Hə, başını qurtarmaq üçün kürəvi korrupsiya qarşısında yeni öhdəlik götürüldü. Türkiyədə yarımçıq qalmış çevrilişi sona yetirmək üçün ağaları qarşısında öhdəlik götürənlər istədilər ki, dünyanı barmağına səriyib fırladan dövləti siyasi alverlə aldatsınlar: Dedilər ki, biz Ermənistanı işlətməkçün sizdən götürürük və ... (yazılması gərək biliməyən söhbətlər), əvəzində ..., üstəgəl sizə qarşı sanksiyalar götürülür. Görüntü üçün qafqaz ölkəsində reyslərin bərpasından söhbət getdi, quzeyə doğru yaxşı jestlər, simpatiyadoğurucu davranışlar edildi, ağ kirəc çəkilmiş evdə yeni seçilmiş slavyan ölkəsi prezidentinə dünya eşidəcək səviyyədə gedin iri qonşunuzla problemlərinizi çözün deyildi. 
Syasi nəfəslik qazanmışlar tələm-tələsik Ermənistanda çevriliş edib indiki baş naziri iş başına gətirdilər. Bu vaxt, sevinərək Bakıda şampan partladanlara acıyırdım. Anlamırdılar ki, oyun Türkiyə üçün qurulsa da, Azərbaycanı böyük faciələr gözləyir. Bu, özünü çox gözlətmədi. Pulsuz işləyənə sf demirlər axı. F formatlı, özü də, siyasisindən haqqını almamış iş görmür. 

Ermənistan baş nazirinin boynundan asılan “Qarabağ brilyantı” yeni siyasi pritonun işi başlaması üçün sfformatlıya verdiyi hədiyyə idi. Bunun ardınca, Azərbaycan prezidentinin siyasi şapalaqlarından tiblim oynayaraq nüfuzunu itirən Ermənistan baş nazirinə Şuşanı paytaxt edəcəyini dedirdir, ürəklənməsi üçün Suriyadan, Livandan silahlı terror dəstələri gətirirdilər. Amma yenə də, “sən saydığını say ...”.
İki olay durumu tamam dəyişdi.

Birinci olaraq Rusiya kürəvi siyasi oymaq oynadanlara daha bəsdir, aldada bilməzsiz dedi. Təkcə onu deyək ki, söz verilməsinə baxmayaraq heç bir sanksiya ləğv olunmadı, əksinə. Rusiya xarici işlər baxanı, üzünü Ermənistana tutub siz bəlli vaxt kəsiyində işlədilməyə verilmişdiniz,yeni sf fotmatda vaxtınız bitdi,  dedi. Hər halda, dodağının dərbəşməsindən biz belə başa düşdük. Bu, son iki yüz ildə Ermənistanın üzünə deyilmiş ilk ağır söz idi ki, Ermənistanı çalxalandırdı, Ermənistan müxalifəti aktivləşdi, baş nazirin istefası istənildi. Bu, həm də rusiyadakı bəlli elitaya onun titullu üyələrindən birinin mesajı idi.

Bir qədər sonra görəcəyik ki, onlar bu sözləri yaxşı başa düşdülər. Bəs bizdə?Xarici işlər baxanının sözü ağzından qopub düşməmiş, demək olar ki, bütün saytlarımız onu topa tutdu. Bu, kamil anlamazlıqdan doğan bir nəsnə idi, yoxsa bir çoxlarının işlərin başqa yöndə getdiyini görərək keçirdiyi psixoloji krizın, aqoniyanın doğurduğu bir bağırtı idi? Hər sorğuya cavabın öz vaxtı var. 

İkinci olay Türkiyənin bölgədə geosiyasi şəxsə çevrilməsi ilə bağlıdır. Özünü bölgədə geosiyasi şəxs sayanlar buna qısqanclıq etdilər və Türkiyəyə qarşı olaylar başladı. Türkiyə bölgədə Azərbaycanın arxasında duran tək dövlət idi. Onun vurulması Azərbaycanın vurulmasına gətirəcəkdi. Şükr ki, bu baş vermədi və güc dövlətləri bu oyunları oynayanlara yox dedi və vaxtından qabaq onların siyasi postdan götürülməsi haqqında qərar verdi. Türkiyə - Rusiya arasında sürtünmənin olmaması, münasibətlərinin yaxşılaşması isə Ermənistanı bir forpost kimi gərəksiz edir. Bununlada, necə deyərlər, vəssalam. (Bundan artıq heç nə ... Onu deyim ki, Türkiyə - Rusiyamünasibətlərinin korlanması üçün nələr edilmədi ki.)

Çıxılmaz duruma düşən Ermənistan agoniya durumundavə yeni ağalarının təkidi ilə iyul oyunlarını oynadı. İstəkbir tərəfdən, Azərbaycanı işğalçı kimi göstərmək, Rusiyanı işə qarışdırmaqla yaxşılaşan Azərbaycan-Rusiya münasibətlərini korlamaq, digər tərəfdən, Naxçıvanla sınırda araqarışdırmaqla Türkiyəni konfliktə çəkmək və özünü siyasi məngənəyə salınmış zərərçəkmiş kimi göstərmək idi. Və, heç kimin gözləmədiyi halda rusiyadakı erməni lobbisi də, ermənipərəst rus elitası da Ermənistana qarşı çıxış etdilər (Lavrovu yaxşı başa düşmüşdülər). İlk dəfə idi ki, bəlli elita erməni maraqlarını qoyub Rusiyanın maraqlarının arxasında dururdu. Bu isə Ermənistan üçün intihar demək idi.

Ermənistanın bölgədə izalə edilməsi asanlıqla əldə edilməmişdi. Bu günə gəlmək üçün Azərbaycan iqtidarı indiyə kimi görünməmiş bir siyasət qurdu. Ətrafında Rusiya, Türkiyə və İrandan ibarət bir dostluq qurşağı yaratdı. Bu Azərbaycan üçün güvənlik qurşağıdır. İndi onu dayanıqlı etmək gərəkdir. Bu isə, həm də Azərbaycandan asılıdır.

Çox danışmaq gərək deyil və demək olar ki, biz heçnə demədik. 
Bu gün Azərbaycan BMT TŞ-nin havadan asılmış qərarlarını yerinə yetirir. Bütün addımlar siyasi hüquq çərçivəsindədir. Hamılıqla ayaqda! Amma düşüncə üstdə. 

Cəsarət Əliyev


Paylaş

Bizi Facebookda izləyin
menu
menu