Gürcüstanın ədliyyə naziri vəzifəsini tərk edir

Gürcüstanın ədliyyə naziri vəzifəsini tərk edirTea Tsulukiani
Gürcüstan baş nazirinin müavini, ədliyyə naziri Tea Tsulukiani vəzifəsindən gedir.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb nazirin parlament seçkiləri ilə bağlı kampaniyaya cəlb olunmasıdır.

Nazir oktyabrın 1-dən etibarən seçki kampaniyasında iştirak edəcək.

Qeyd edək ki, qonşu ölkədə parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. T.Tsulukiani hakim Gürcü Arzusu Partiyasının seçki siyahısında 4-cü yerdədir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu