Ölmək var, dönmək yoxdur ! - “3-5 raket bizi fikrimizdən döndərə bilməz”

“Düşmənin vurduğu nöqtələrdə bircə dənə də hərbi obyekt yoxdur”

“Ermənilərin hədəflərində olan ancaq mülki tikililərdir. Lakin bu, yerli əhalini qorxutmur”

 Oktyabrın dördü saat 10:00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya atəşinə tutublar. Bunu Azərbaycan Respublikasının Baş prokurorluğunun mətbuat katibi Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.

O, bildirib ki, ümumilikdə düşmən Gəncənin müxtəlif istiqamətlərinə 7 raket atıb:

“Atılan raketlərdən 5-i partlamayıb, qalan iki raketin partlaması nəticəsində isə bir mülki şəxs - 1999-cu il təvəllüdlü Əliyev Tunar Qoşqar oğlu həlak olub. 32 nəfər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan 32 nəfərdən 19-u qadın, 5-i isə uşaqdır. Eyni zamanda mülki infrastruktura və yaşayış məntəqələrinə külli miqdarda ziyan dəyib”.

Ermənistan tərəfi öz ampulasındadır- mülki əhalini hədəfə almaqda, dinc sakinlərlə müharibə aparmaqda davam edir.

Gəncənin millət vəkili Naqif Həmzəyev “Sherg.az”a bu təxribatın məqsədindən danışdı: 

“Onlar Ermənistandən Gəncəni və digər ərazilərimizi hədəfə alırlar. Beləliklə, bizi də İrəvanı vurmağa təhrik edirlər. Məqsədləri isə üçüncü tərəfləri, həmçinin KTMT ölkələrini münaqişəyə cəlb etməkdir. Amma beynəlxalq hüquq bizim tərəfdədir. Azərbaycan regiona sülhü gətirmək naminə sadəcə öz ərazisini işğalçıdan təmizləyir”.

N.Həmzəyevin sözlərinə görə, belə təxribatlar yerli əhalini qorxuda bilməz: “İyuldakı təxribatlar zamanı Tərtərdə, Ağdərədə və digər yerlərdə xeyli mülki əhali həlak oldu.

Ötən həftələr ərzində də dinc sakinlər arasında dünyasını dəyişənlər az deyil. Gəncədən bir nəfər rəhmətə gedib, 32-si yaralıdır. Özü də düşmənin vurduğu nöqtələrdə bircə dənə də hərbi obyekt yoxdur.

Ermənilərin hədəflərində olan ancaq mülki tikililərdir. Lakin bu, yerli əhalini qorxutmur. Hər kəs öz yerindədir. 3-5 raket bizi fikrimizdən döndərə bilməz”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu