Ermənistan qadınları niyə düyüşə cəlb edir? – Qaçan kişiləri...”

“Düşmən ordusundan qaçan əsgərlər var. Ona görə qadınları döyüşə cəlb edirlər”

“Erməni qadınları döyüşə qatılsa da, qatılmasa da artıq Ermənistan ordusu tükənib”


Döyüş meydanında məğlubiyyətlə üzləşən və şəxsi heyət baxımından ciddi itkilərə məruz qalan Ermənistan çıxılmaz duruma düşüb. Artıq itirilmiş hərbçilərin yerini doldura bilmədiklərini görən Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən səfərbərlik elan etmək məcburiyyətində qalıb. Paşinyan bu dəfə son bir il ərzində ordu sıralarından tərxis edilmiş hərbi qulluqçuların ümumi səfərbərliyini elan edib.

Ermənilər döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikasında xeyli sayda itki verib. Bu baxımdan artıq erməni qadınları orduya yazılıblar. Belə görünür ki, qadınların ardınca döyüşə ahıl yaşında olan qocalar düşmənin son ehtiyat qüvvəsi olacaq.

Düşmən ölkədəki bu durumla bağlı “Sherg.az”a danışan “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxannın fikrincə, ermənilər yəqin ki, məqsədli şəkildə qadınları cəbhəyə cəlb edirlər ki, fərarilik edib qaçan əsgərləri saxlaya bilsinlər. Onun sözlərinə görə, düşmən ordusundan qaçan əsgərlər var. Ona görə qadınları döyüşə cəlb edirlər:

“Erməni qadınları döyüşə qatılsa da, qatılmasa da artıq Ermənistan ordusu tükənib. Bəllidir ki, Azərbaycan ordusunun önündə dura bilmirlər, ordan-burdan yardım istəyib yalvarmaqla məşğuldurlar. Lakin düşmənin səsinə səs verən yoxdur. Beynəlxalq hüquq Azərbaycanın yanındadır, ölkəmiz haqlı olaraq öz torpaqlarımız ərazisində düşmənlə mübarizə aparır. 

Düşmən isə Suriyadan, Liviyadan gətirdiyi terror qurplaşması ilə iş birliyi edərək onları Qarabağ torpaqlarına yerləşdirib, Azərbaycana göz dağı vermək istəyirlər. Elə bilirlər ki, heç vaxt torpaqlarımıza qayıtmarıq. Bu gün torpaqlarımızı terror və Ermənistan silahlı qüvvələrindən təmizləyirik. Buna haqqımız da var”.

T.Rüstəmxanlı qeyd edib ki, ordumuz ən ağır müharibədə belə düşmənin dinc əhalisinə toxunmur:

“Amma onlar Gəncəni, Tərtəri, Bərdəni və Mingəçeviri atəşə tuturlar. Bu da düşmənin hansı xislətdə olduğunu göstərir. Bütün bunlar bir daha göstərir ki, türk millətini soyqırımında günahlandıran ermənilərin elə özləri soyqırımı edirlər.

Dünyada yaşayan türklərin mənəvi dəstəyi bizə yetərlidir. Ordumuz güclüdür, Azərbaycanın igid oğulları var və xalqımızın özü savaşır. Cənab Prezidentin şüarın illər boyu millətin yaddaşından silinməyəcək. Qarabağ bizimdir, Qarabağ  Azərbaycandır!. Biz sadəcə torpağımızı işğalçılardan təmizləyirik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu