Paşinyanın “əli”qapı arasındadır ! - “Putinə yalvar-yaxar edir, lakin..."

“Rusiya prezidenti proseslərə qarışa bilmir. Çünki bilir ki, müdaxilə etsə, qarşısında türk ordusunu görəcək”

“Rusiya prezidenti türk ordusunun qüdrətini Liviyada, Suriyada görüb”

 “Putindən kömək güdməyin heç bir mənası yoxdur. Çünki Rusiyanın özü də belə riskli əməllərə girmək istəməz”


Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin sözçüsü məlumat verib. Məlumatda qeyd olunur ki, V.Putin tərəfləri müharibəni dərhal dayandırmağa çağırıb: “Hərbi əməliyyatların dərhal dayandırılması zəruridir”.

Ermənilər cəbhəboyu ağır zərbələr alaraq geri çəkilirlər. Paşinyan düşdüyü ağır, fəlakətli durumdan çıxış yolu arayır. O, dünyanın bir sıra ölkələrinin dövlət və hökumət başçılarına zənglər edir, kömək istəyir.

Baş verənləri “Sherg.az”a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, ermənilər ruslar tərəfindən ələbaxımlılığa öyrəşiblər. Analitikin sözlərinə görə, düşmən Azərbaycana qarşı hansısa təxibatı rusların köməyi və dəstəyi ilə həyata keçirirlər:

“Həm ruslar erməniləri pis öyrədiblər, həm də ermənilər özlərinin hegemon olduqlarını düşünürlər. İndi isə əlləri qapı arasında qalıb deyə, Putinə yalvar-yaxar edirlər. Lakin Putin bu proseslərə qarışa bilmir.

Çünki bilir ki, müdaxilə etsə, qarşısında türk ordusunu görəcək. Putin türk ordusuna Liviyada, Suriyada apardığı mübarizədə yaxşı xəbərdardır. Ona görə də Cənubi Qafqazda türklərlə döyüşmək fikrində deyil”.

Q.Hüseynli qeyd edib ki, Rusiya hər zaman Ermənistanın silah təchizatı üçün var qüvvəsi ilə çalışıb:

“Hələ ki, Rusiya Dağlıq Qarabağ müharibəsinə qoşulmayacaq, sadəcə ermənilərə yardımını davam etdirəcək. Paşinyanın Putinə zəng etməsi onun bütün ləyaqətini və mənəviyyatını itirdiyini göstərir. İki ildir, hakimiyyətə gəlib, bütün danışıqlar prosesindən imtina edir.

İndi isə Putindən kömək güdməyin heç bir mənası yoxdur. Çünki Rusiyanın özü də belə riskli əməllərə girmək istəməz”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu