Qırğızıstan qarışıb ! - “Ölkəni "banan respublika”sına çeviriblər !" - Klanlara bölünüb !

"Nəzərə almaq lazımdır ki, Rusiyanın başının Belarusa, Qırğızıstana qarışması bizim üçün əlverişlidir”

“Əks-hücum əməliyyatlarımızı uğurla davam etsdirə bilərik”  

Qırğızıstanın Baş naziri Kubatbek Boronov istefa verib. Bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.  Baş nazirin istefası barədə xəbəri parlamentin yeni spikeri Mıktıbek Abdıldaev elan edib. İstefa vermiş Baş nazirin səlahiyyətləri müvəqqəti olaraq deputat Sadır Japarova həvalə olunub.
Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstan Respublikasında parlament seçkiləri keçirilib. Bir qrup vətəndaş çoxsaylı qanun pozuntularını əsas gətirərək, seçkilərin nəticələrini qəbul etmir.

Görünən odur ki, Qırğızıstanda daxili vəziyyət heç də ürəkaçan deyil.



“Ağ Partiya” sədr müavini, politoloq Əhəd Məmmədli sözügedən türk ölkəsindəki mövcud vəziyyəti “Sherg.az”a təhlil edib: 

“Qırğızıstanı “banan respublika”sına çeviriblər. Ölkə faktiki olaraq klanlara, yəni tayfalara bölünüb. Hakimiyyətdə olanlar ard-arda bir-birilərini devirirlər. Əlbəttə, bu, acınaqlı haldır. Amma nəzərə almaq lazımdır ki, Rusiyanın başının Belarusa, Qırğızıstana qarışması bizim üçün əlverişlidir.

Əks-hücum əməliyyatlarımızı uğurla davam etsdirə bilərik”.  

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu