Bolqarıstan "Türk axını"nın tikintisini ləngidir


Bolqarıstan tərəfi Rusiyadan Türkiyə ərazisi ilə Serbiya, Macarıstan və digər Avropa ölkələrinə təbii qazı çatdıracaq "Türk axını" ("TurkStream") kəmərinin öz hissəsində inşasını cədvəl üzrə yerinə yetirə bilmir.

"APA-Economics"in "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, Bolqarıstan "Türk axını" kəmərinin özünə aid hissəsini cari ilin birinci yarısında istismara verəcəyini vəd etmişdi. Hazırda isə Rusiyanın "Qazprom" şirkəti sözügedən hissənin ilin sonunadək tamamlanacağını gözləyir.

"Türk axını" kəməri Rusiyadan Türkiyə, Cənubi və Cənubi-Şərqi Avropaya qaz tədarükünü təmin etmək məqsədilə Qara dənizin dibi ilə çəkilib. Qaz kəmərinin illik ötürmə gücü 31,5 mlrd. kubmetr təşkil edəcək.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu