Siyasi partiyalardan Fransaya etiraz BƏYANATI: “Minsk qrupundan çıxsın!” - Mövqeyi ədalətsizdir ! 

“Belə ölkələr dünyada nizamı bərpa edə bilməzlər”


Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair bəyanat yayıblar. Bu, ölkəmizdəki həmrəyliyin, birliyin növbəti bariz nümunəsidir. Demək, söhbət vətənin ərazi bütövlüyündən, torpağın taleyindən gedəndə yumruğu bir hədəfə vururuq. Bəyanatda Fransanın qeyri-obyektiv mövqeyinə etiraz edilir:

“Fransa prezidenti Emmanuel Makron sentyabrın 30-u Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan münaqişəsi və cəbhədə baş verənlərə toxunaraq həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamalar verib. Daha sonra Fransa kimi dövlətin prezidenti olaraq saxta məlumatlar və şayiələr əsasında, hər hansı dəlil-sübut olmadan ölkəmizə qarşı böhtan atır.

Bu açıqlamalar Azərbaycan ictimaiyyətinin kəskin etirazına səbəb olub və biz qəti əminik ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir. 1993-cü ildə Fransa özü BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən məlum dörd qətnaməsinin lehinə səs verən ölkədir. İndi isə Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə edir”.

 

“Fransa özü işğalçı olduğuna görə indi də işğalçını dəstəkləyir”

 Bəyanatın əhəmiyyəti barədə “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Fransanın öz missiyasını yerimə yetirmədiyini tarixi faktlarla əsaslandırdı: 

“Həmsədrlər faktiki olaraq- missiyasından kənar işlərlə, siyasi konyukturla məşğuldurlar. Rusiya, ABŞ və Fransa işğalçını dəstəkləyir. Fransanın bu mövqeyi müsəlmanlara olan düşmənliklə bağlıdır. Bu ölkənin müstəmləkəsinin 90 faizi müsəlman olub. Fransa 200 il ərzində 39 ölkəni işğal edib, ikisində soyqırım törədib. İndi də “ənənə”sini davam etdirir.

Odur ki, Fransanın həmsədr olması əvvəldən məntiqsiz idi. Həmsədrlərdən heç biri məsələnin həllində maraqlı deyil. Əksinə, müharibəni genişləndirmək istəyirlər. Onlar beynəlxalq hüququn normalarını pozur, BMT-in qətnamələrinə məhəl qoymurlar. Fransa özü işğalçı olduğuna görə indi də işğalçını dəstəkləyir. Beynəlxalq ictimaiyyət isə buna heç bir reaksiya vermir. Belə ölkələr dünyada nizamı bərpa edə bilməzlər. Sözügedən bəyanatla bir daha, yekdil formada göstərdik ki, Fransanın həmsədrliyindən narazıyıq”.
 


“Rəsmi Paris Qarabağ münaqişəsinin həlli istiqamətində effektivliyini itirib”

“Ağ partiya” sədri Tural Abbaslı da həmin təşəbbüslə bağlı fikirlərini bildirdi:

“İndi bütün siyasi partiyaların mövqeyi eynidir. Bu mövqeyin adı vətənpərvərlik, azərbaycançılıqdır. Belə bəyanatlar əvvəl də vermişik. Yəni Azərbaycan siyasi elitası vahid mövqedədir. İndi ölkəmizdə Azərbaycanın ərazi bütövlüyünn təmin olunmasına dair heç bir fikir ayrılığı yoxdur. Bəli, Fransanın mövqeyi ədalətsizdir. Bəyanatdakı tələbimiz bu dövlətin həmsədrlikdən çıxmasıdır. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində effektivliyini itirib”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu