“Şərq”in könüllülər qrupu" yaradıldı - Fotolar

BDU-nun 12 tələbəsi könüllü sıralarımıza qatıldı

 “Sherg.az” xəbər verir ki, onlar qəzetdə həm təcrübə toplayacaq , həm də işləyəcəklər.
Dünən qəzetin redaksiyasında könüllülərlə “Şərq”in məsul işçiləri arasında görüş keçirilib. Baş redaktor Akif Aşırlı tələbələrə qəzetin tarixindən, keçdiyi yoldan, gələcəkdə planlaşdırılan media planlarından danışıb.



Ardınca gənc jurnalistlərə qəzetin və saytın iş prinsipi haqqında məlumat verib. A.Aşırlı qeyd edib ki, jurnalistika canlı orqanizm kimi daim dəyişir, yenilənir, sürətli inkişaf yolu keçir. Klassik media ənənələrini yaşatmaqla rəqəmsal jurnalistikaya keçid prosesində gənclərə böyük ümid bəslədiyini söyləyən baş redaktor qeyd edib ki, redaksiyada könüllülərə iş şəraiti də yaradılıb. Kimin bacarığı, qabiliyyəti, jurnalistika dəyərlərini qorumaq istedadı varsa, sonda bu könüllülərin "Şərq"də işləmək imkanları da olacaq". 

İki ay "Şərq"də könüllü fəaliyyət göstərənlərə sonda sertifikatlar veriləcək.




Könüllülər redaksiya otaqlarında yaradılan Azərbaycan Mətbuat Tarixi Muzeyi ilə tanış olublar.
Görüşün sonunda tələbələr bu etimada görə qəzet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, "“Şərq”in könüllülər qrupu"nun təşəbbüskarı Akif Aşırlıdır.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu