Gürcüstan telekanalında Dağlıq Qarabağ münaqişəsindən danışılıb


Gürcüstanın “24News Tv” internet televiziyasında telejurnalist Azər Məmmədovun təqdimatında hər bazar yayımlanan “Sərbəst müzakirə” verilişinin budəfəki sayı Dağlıq Qarabağ mövzusuna həsr olunub.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, Azərbaycan Prezidentinin və xalqının ədalətli mövqeyi, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları, oktyabrın 10-da saat 12:00-dan qüvvəyə minən humanitar atəşkəs rejiminin səbəbləri barədə izləyicilərə ətraflı məlumat verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu