"Azərbaycan  işğal edilmiş Vətən torpaqlarını mütləq qurtaracaq" - Servet Gurcan


"Ermənistan Moskvada imzalanan humanitar atəşkəsi pozaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbəsi endirib. Bunun nəticəsində 9 nəfər mülki şəxs ölüb, otuzdan çox adam yaralanıb. Xeyli sayda ev dağılıb.  Ölənlərin və yaralanların arasında uşaqlar var. Bu görüntülər 26 fevral 1992-ci ildə  ermənilərin Xocalıda törətdiyi soyqırımı xatırladır".
Bu sözləri Sherg.az-a Dədə Qorqud vəqfinin rəhbəri, şair, Azərbaycan sevdalısı Servet Gurcan deyib. O, vurğulayıb ki, bu təcavüzlə Ermənistan quldur  və  terrorçu dövlət olduğunu növbəti dəfə sübut etdi:

"Bu savaşda Azərbaycan tək deyil. Türkiyə qardaşı olaraq bütün gücü ilə  hər sahədə Azərbaycana dəstək verir. Azərbaycan ordusu güclüdür. Torpaqlarını işğaldan azad edəcək güc və hərbi texnikaya sahibdir.

Bu müddət ağırlıqlı müddətdir, fədakarlıqlar tələb edir.  Türk  birliyi, həmrəyliyi davam etdirilməlidir, təxribatlara, düşmən təbliğatlarına qarşı diqqətli olmalıyıq. Türkiyə rəsmi açıqlamalarında da bəyan etdiyi kimi, Prezidentimiz Rəcəb Tayyib Ərdoğandan tutmuş ən sadə vətəndaşına qədər Azərbaycanın yanındadır. Sülh yolu ilə olmasa, savaş yolu ilə işğal edilmiş vətən torpaqları mütləq qurtarılacaq.

Şəhidlərimizə, erməni vandallarının raket atmasıyla Gəncə və digər yaşayış məntəqələrində həlak olanlara rəhmət, qazi və yaralılara şəfa diləyirəm".


Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu