Tacikistanda prezident seçkiləri başa çatıb


Oktyabrın 11-də Tacikistanda növbəti prezident seçkiləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Tacikistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə seçicilərin 70 faizi iştirak edib. Seçkilərin ilkin nəticələri 24 saat ərzin elan olunacaq.

Seçkilərdə hazırki prezident Emoməli Rəhmonla yanaşı, daha dörd namizəd mübarizə aparıb.

Bu, ölkənin müstəqillik tarixində altıncı prezident seçkiləridir. Bu seçkilərin dördündə Emoməli Rəhmon qalib gəlib.

Ölkədə dövlət başçısı 7 il müddətinə seçilir. Emoməli Rəhmon 1992-ci ildən Tacikistana rəhbərlik edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu