BBC-nin Gəncədən REPORTAJI: “Bu hücum hərbi məntəqələrə edilməyib ” - Video 

Məşhur BBC telekanalı ermənilərin Gəncədə törətdikləri teror aktı və vandalizmlə bağlı reportaj hazırlayıb. Materialda işğalçıların törətdikləri vəhşət  belə təsvir olunub:
“Burada yalın əllə, itlərlə və ağır texnikalarla axtarış davam edir. Siz dağıntıların genişliyini öz gözlərinizlə görə bilərsiniz. Çox geniş ərazidir. Aydındır ki, buradakı binalar yaşayış məntəqələridir.

Hücum yerli vaxtla gecə saat 2-də baş verən zaman insanlar öz yataqlarında yatırdılar. Dağıntıların arasında yorğanlar və döşəklər görə bilərik.

Yerli mütəxəssislər bildiriblər ki, onların istifadə etdikləri silahlar uzaqmənzilli raketdir. Onların fikirlərinə görə, raket Qarabağdan yox, Ermənistan ərazisindən atılıb. Hələlik isə bu fikir təsdiqlənməyib.

Bu, açıq-aşkar çox geniş miqyaslı bir hücumdur. Bu hücum hərbi məntəqələrə edilməyib. Cəbhənin digər tərəfindən isə başqa iddialar gəlir. 

 Rusiyanın vasitəçilik etdiyi atəşkəs olmalı idi, lakin burada atəşkəs yox, müharibə mənzərəsi görünür”.



Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu