“Rusiya ikinci dəfədir Azərbaycanın haqq işini pozmağa çalışır” – Bu dəfə şans yoxdur !  

 “2016-ci Aprel döyüşlərində məsələni həll edə bilərdik. Lakin Rusiya yenə təzyiqlər göstərdi”

“Sonra xahiş etdi ki, danışqlar olsun. Danışıqlar aparıldı və amma son 4 il ərzində 1 metr torpağımızı qaytarmadılar”

“Ermənistan ordusunu torpaqlarımızdan çıxarmadılar, əksinə Ermənistana silah-sursat yardımı etdilər”

“Hedirəm ki, ölkə başçısının dediyi kimi, artıq Ermənistana son şans verilib”


Oktyabrın 11-i gecə saatlarında mülki əhalimizə qarşı Gəncədə xaincəsinə terror aktının törədilməsi Paşinyan rejiminin faşist xislətini, düşmənin sülhə, atəşkəsə maraqlı olmadığını isbatladı. Ermənistanın mülki əhalini hədəfə alması birmənalı müharibə cinayətidir və beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Sentyabrın 27-dən başlanan müharibə ilə əlaqədar bütün beynəlxalq təşkilatlar və dövlətlər tərəfləri hərbi əməliyyatları dayandırmağa səsləyirdilər.

Sonuncu dəfə Rusiya humanitar atəşkəsin təmin edilməsi ilə əlaqədar təşəbbüs irəli sürdü və Moskva görüşü təşkil olundu. Görüş nəticəsində 4 bənddən ibarət humanitar atəşkəs elan olundu. Lakin Azərbaycanın atəşkəs rejiminə sadiq olduğu bir zamanda Ermənistan bir daha riyakarlığını ortaya qoydu. Paşinyan rejimi aydın şəkildə beynəlxalq qanunlara hörmətsizlik etdi və bütün dünyaya meydan oxudu. Moskvada üzərinə götürdüyü öhdəliklərə əməl etmədi, razılaşmaya sadiq olmadı. Gəncə soyqırımını törətdi. Bu terror aktına görə, faşist ölkəyə “gözünün üstündə niyə qaşın var?!” deyən olmadı.  Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana qarşı təzyiq mexanizmini işə salmalıdır. Bu dəfə də Ermənistanın əməlləri susqunluqla qarşılanacaqsa, Paşinyan rejimi daha da azğınlaşacaq.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyevlə düşmənin Gəncədə törətdiyi hadisələrlə bağlı həmsöhbət olduq.

- Beynəlxalq təşkilatlar Gəncədə baş verənlərlə əlaqədar susqunluq göstərir. Düşmən yenə də törətdiyi soyqırımına görə cəzalanmır...

- Cəzasızlıq mühiti Ermənistanı daha da həvəsləndirir. Ona görə də mülki əhalimizə qarşı cinayətlər törədirlər. Xocalıda baş verənlər unudulmayıb, undulmayacaq da. Çünki o zaman da bütün dünya Ermənistana təpki göstərmədi. Bu yaxınlarda Tovuz hadisələrində də düşmən mülki şəxslərimizi öldürdü. Lakin yenə də onlara sərt reaksiyalar olmadı. Beləliklə Ermənistanda çox pis ənənə yarandı. Ermənistan gördü ki, cəzalanmır, hətta Fransa kimi Minsk Qrupuna üzv olan ölkə birmənalı şəkildə onları dəstəkləyir. Bundan sonra da vəhşi əməllərini genişləndirdilər. Hesab edirəm ki, Ermənistanın Gəncədə dinc əhalimizə qarşı törətdiyi əməl yalnız onların yox, onlara dəstək verən ölkələrin və susan beynəxalq təşkilatların günahıdır!
Bu gün faktiki olaraq sülhə məcbur etmə əməliyyatlarını yerini yetiririksə, deməli BMT-nin 4 qətnaməsini həyata keçirir, onların işini görürük. BMT isə bizə dəstək olmaq əvəzinə, fərqli münasibət göstərir.

 -Bəs Rusiyanın proseslərə yanaşması və Azərbaycana olan indiki münasibəti nədən xəbər verir?

-Rusiya artıq ikinci dəfədir ki, Azərbaycanın işini pozmağa çalışır. 2016-ci Aprel döyüşlərində məsələni həll edə bilərdik. Lakin Rusiya yenə təzyiqlər göstərdi, məsələnin hərb yolu ilə həllini istəmədi, xahiş etdi ki, danışqlar olsun. Danışıqlar aparıldı və amma son 4 il ərzində 1 metr torpağımızı qaytarmadılar. Ermənistan ordusunu torpaqlarımızdan çıxarmadılar, əksinə Ermənistana silah-sursat yardımı etdilər. İndi də Ermənistana nə qədər mülki təyyarələr və silahlar göndərirlər. Hesab edirəm ki, ölkə başçısının dediyi kimi, artıq Ermənistana son şans verilib. Atəşkəs üçün bir şərt var: Ermənistan ordusu torpaqlarımızdan çıxıb getsin. Azərbaycan torpaqlarında heç bir dövlətin əsgəri ola bilməz.

- Humanitar atəşkəs nə vəd edir?

-Heç nə bitməyib. Bu da 12 saatdan 72 saata qədər çəkir. Döyüş meydanından yaralılar çıxarılır, meyitlər dəyişdirilir. Şəhidlərimiz var, qarşı tərərfin də cəhənnəmə vasil olmuş döyüşçüləri. Onlar döyüş meydanından götürülməlidir. Ona görə də bu atəşkəs demək deyil. Atəşkəsin davamlı olması danışıqlardan asılıdır. Cənab Prezidentin isə ortaya qoyduğu siyasi iradə var. Dinc yolla torpaqlarımızı qaytaracaqlarsa, atəş açmarıq. Lakin torpaqlarımızı tərk etməyəcəklərsə, savaş davam edəcək. Humanitar atəşkəs saat 12:00-da elan olundu və 5 dəqiqə keçməmiş ermənilər atəşkəsi pozdular. Pozduqları üçün də cavab aldılar və almağa da davam edəcəklər. Heç nə dəyişməyib və bitməyib. Millətimizə çağırış edirəm ki, Ali Baş Komandanımızın əmrlərini müzakirə etməsinlər. Ölkə başçısının çox düzgün hesablama və taktikaları var.

- Türkiyənin Azərbaycana mənəvi dəstəyi düşməni və havadarlarını ciddi narahat edir... 

-Qardaş ölkənin dəstəyi və bizə münasibəti əvvəlki kimidir. Dəyişən nəsə yoxdur. Hər şey hesablanmış şəkildə davam edir. Kiçikdən böyüyə olan hər bir vətəndaşımız Ali Baş Komandanımıza dəstək verməlidir. Prezidentimiz Türkiyə televiziyasına verdiyi müsahibəsində də qeyd etdi ki, “Heç kim bizi torpaqlarımızdan çıxara və azad etmək istədiyimiz torpaqlarımızı özündə saxlaya bilməz. Bütün ərazilərimizi azad edənə qədər savaşacağıq”. Ona görə də xalqımızın əvvəlki qədər yüksək əhval ruhiyyə ilə Prezidentimizə dəstək olmalıdır.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu