Yeni yoluxucu xəstəliklər erası başlayıb: “Qorunmaq lazımdır!”

“Şəxsi gigiyena qaydalarına əməl etmək zəruridir”

“Hətta mən təklif edərdim ki, ibtidai sinif şagirdlərinə “Şəxsi gigiyena qaydaları” fənni tədris olunsun. Çünki vərdiş uşaq yaşlarından yaranır”

“Qara qarağatla şəkər tozunu yaxşıca qarışdırıb, gündə bir qaşıq yeyəndə infeksion xəstəliklərə yoluxma ehtimalı beş dəfə azalır”


Koronavirus da erməni qəsbkarları qədər üzsüz, arsızdır. Bir düşmən torpağımızdan, digəri isə bəşəriyyətimizdən əl çəkmir. Elə bil, ata evlərindən “vətən” gətiriblər. Görünür, indiki məqamda hər iki düşmənlə mübarizənin yeganə yolu diqqətli olmaq, ayıq-sayıqlığı əldən verməmək və soyuqqanlılığımızı qorumaqdır. Yoxsa, bütün bəşəriyyətin taleyi koronavirusun qurbanına çevrilən milyonlar kimi ola bilər. Müqavimət göstərək və gözləyək.

 Yoluxanların sayı ikirəqəmliyə düşəndə xeyli sevinmişdik. Amma vəziyyət yenidən pisləşdi. Bugünkü statistikaya görə, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 4 nəfər vəfat edib. Deməli, “arx”ı keçmədən sevinmişik. 

 “Yoluxucu xəstəliklərlə mübarizə” İctimai Birliyinin sədri Fikrət Sadıqov “Sherg.az”a açıqlamasında koronavirusa qarşı mübarizə üsullarını sadalayıb:
 “Düzü, bu, gözlənilən idi.

Çünki payız aylarında yuxarı tənəffüs yolu xəstəlikləri çoxalır. Koronavirus da bu qəbildəndir. Bu nöqteyi-nəzərdən indiki statistika qorxulu və təəccüblü deyil. Amma qorunmaq lazımdır.

Hər birimiz ÜST-ün tövsiyələrinə əməl etməliyik. İmmunitet güclü olmayanda infeksion xəstəliklər orqanizmə güc gəlir və bu hal ölümlə nəticələnir. İmmuniteti gücləndirmək üçün ən yaxşı vasitə təmiz bal, qara qarağatla şəkər tozunun qarışığıdır.

Qara qarağatla şəkər tozunu yaxşıca qarışdırıb, gündə bir qaşıq yeyəndə infeksion xəstəliklərə yoluxma ehtimalı beş dəfə azalır.

Onu da deyim ki, hələ əsrlər əvvəl də yoluxucu xəstəliklər olub. Koronavirus ilk gözügörünməz düşmən deyil. İnanıram ki, bu xəsətlik bir neçə il adi qrip kimi olacaq. Amma hər halda yeni yoluxucu xəstəliklər erası başlayıb. Deməli, qorunmaq lazımdır. Şəxsi gigiyena qaydalarına əməl etmək zəruridir. Hətta mən təklif edərdim ki, ibtidai sinif şagirdlərinə “Şəxsi gigiyena qaydaları” fənni tədris olunsun.
Çünki vərdiş uşaq yaşlarından yaranır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu