Ordumuzun ərzağa ehtiyacı yoxdur

Amma millət də nəsə etmək istəyir, ürəyi rahat olur

“Hər şey göz qabağındadır. Otuz il dözdük, danışıqlarla əzəli torpaqlarımızı qaytarmaq istəmədilər. İndi düşmənlə öz dilində danışırıq. Biz haqq yolunun döyüşçüləriyik.”
Bu sözləri “Sherg.az”a açıqlamasında tanınmış rejissor Kənan MM deyib. Son günlər baş verən hadisələr haqqında danışan sənətçi fikrinə bunları da əlavə edib:  
“Düşmənlə bizim fərqimiz odur ki, onlar öləndə leş olur. Bizimkilər dünyasını dəyişəndə şəhid”.

Qardaş ölkə Türkiyənin mənəvi dəstəyinin belə bizə bəs etdiyini söyləyən Kənan bəy əsgərlərimizə göndərilən sovqatlardan da söz açıb:   
“Əsgərlərimizə gedən paylara hədiyyə desək daha düzgün olar. Çünki Azərbaycan ordusunun nə silah, nə də ərzaq baxımından köməyə ehtiyacı var. Amma millət də nə isə etməsə ürəyi rahat olmur. Sanki mənəvi borcumuzdur.  Azərbaycanın arxa cəbhədəki vətəndaşları forma geyinməyən əsgərlərdir. Əsgər olmaq üçün forma geyinmək şərt deyil". 

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu