Koronavirus statistikası: 101 sağalan, 530 yoluxan, 3 ölən

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43 280 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2 990 nəfərdir.

Ölkədə son sutka ərzində 8054, hazırkı dövrədək isə 1201924 test aparılıb.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu