Danışıqlara “dodaq yeri” də qalmayıb: “Münaqişə tam həll olunmadan…”

“...Danışıqlar masası arxasına keçmək olmaz”

“Ermənistanın aqressiv mövqeyi də danışıqlara yer qoymur”

“Türkiyənin vasitəçilərdən biri olması çox vacibdir”



Son vaxtlar müzakirə edilən əsas məsələlərdən biri də Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrliyinə qəbul olunmasıdır. Əlbəttə, bu, hamının ürəyindən xəbər verən təşəbbüsdür. Çünki Rusiya, Fransa və Amerika vasitəçi adı ilə, necə deyərlər, “saman altından su yeridirdilər”. Və, deyəsən, suları artıq kəsilmək üzrədir…

Dağlıq Qarabağ ətrafında baş verən hərbi-siyasi proseslər onu deməyə əsas verir ki, bu gedişlə bizim daha Minsk qrupuna və o tərəf-bu tərəfə diplomat daşımaqdan başqa işləri olmayan vasitəçilərə ehtiyacımız yoxdur. Görünür, otuz illik portfellərinin içi də boş imiş…


 
Politoloq Həsrət Rüstəmov bu barədə “Sherg.az”a münasibət bildirib: 

“Əlbəttə, Türkiyənin vasitəçilərdən biri olması çox vacibdir. Birincisi, region ölkəsi kimi, ikincisi isə Minsk qrupunun üzvü kimi Türkiyənin bunu etməsi mümkündür. Həm də bizim israrlı istəyimiz qardaş ölkəni həmsədrə çevirə bilər.

Həm də ATƏT-in Minsk qrupu otuz il ərzində BMT-in onlara verdiyi bəyanatdan bir dəfə belə olsun, pozitiv istiqamətə istifadə etməyib.

Odur ki, əslində vasitəçilərin üçü də dəyişməlidir. Amma bu, indiki siyasi məqamda mümkün deyil.

Ermənistanın aqressiv mövqeyi də danışıqlara yer qoymur. İşğalçı Moskva bəyanatının şərtlərinə də pozaraq bir daha göstərdi: münaqişə tam həll olunmadan danışıqlar masası arxasına keçmək olmaz”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu