"Dünya ədaləti görmürsə, güc qalib gələcək"

Baba Vəziroğlu: "Azərbaycan tək deyil. Onun yanında 83 milyonluq Türkiyə var"


Tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Vətən müharibəsi və hazırkı vəziyyətlə bağlı “Sherg.az”ın suallarını cavablandırıb. O, dövlətimizin uğurlarından, həm də mənfur düşmənlərimizin tarixi xəyanətlərindən danışıb. 

- Baba müəllim, Ermənistan öz işğalçı xarakterini ortaya qoyaraq Gəncədə terror hadisəsi törətdi. Nəticədə mülki əhalidən ölənlər, yaralananlar oldu. Baş verənləri necə dəyərləndirirsiniz?

- Hərdən bu işlərə təəccüblənənlərə təəccüblənirəm. Çünki bizim üçün heç nə gözlənilməz, göydən düşmə deyil. Ermənilər 200 ilə yaxındır Qafqazda yaşayır. Baxmayaraq ki, onlar 1000 illərdən, əsrlərdən danışırlar. Az qala  meymunlar əmələ gəlməmişdən qabaq ermənilərin burada olduğunu iddia edirlər. Onu demək istəyirəm ki, Qafqaza gəldiklərindən bəri xəyanətlərini, arxadan vurduqları zərbələri görmüşük. “Xocalı” faciəsini törədənlərdən nə gözləyə bilərik ki? Qadınları, uşaqları, qocaları qətlə yetirən, dinc adamlara divan tutanlardan nə gözləyək? Tək Gəncə deyil. Onlar raketin gücü hansı məsafəyə çatırsa ağına-bozuna baxmadan atarlar. Mülki əhalini, silahsız insanları top, raket atəşinə tuturlar. Bütün bunlar ermənilərin acizliyinin göstəricisidir. Məsəl var, deyir gərək düşmənin də mərd olsun. Döyüş meydanının da öz qayda-qanunu var. Biri qalib gələndə digəri məğlub olar. Amma arxadan bıçaqlamaq, tələ qurmaq yalnız erməni tayfasına məxsusdur. 

- Bəlkə də ermənilərin özlərinə aid olan tək şey bu xain xislətləridir...

- Bəli, bu tayfanın heç nəyi özünə aid deyil. Hətta adları da erməni deyil. Bunlar haylardır. Qədim ərməniyə dövləti ilə heç bir əlaqələri yoxdur. Ermənistan deyirlər, amma özləri də dövləti Hayastan adlandırır. Dediyim kimi, bayraqları belə tərsinə çevrilmiş Kolumbiya bayrağıdır. Sərhədlərini isə rus əsgərləri qoruyur. Musiqisi, mətbəxi türklərdən, azərbaycanlılardan, Şərqdən oğurlanıb. Əlifbaları da Efiopiyaya məxsudur. Hələ poeziyaları da Şərqdən götürülmədir. Paytaxtları qədim türk şəhəri Rəvandır. İndi Ermənistan adlandırdıqları yer türk torpaqlarıdır. Ərazi adlarının hamısı türk toponimləridir. İnanın dinləri belə özlərinin deyil. Qədim Alban kilsəsini mənimsəyiblər. Onların adlarına, soyadlarına fikir verin. Türk, Azərbaycan və İran mənşəlidir. Məsələn, Qaraqaşyan, Qardaşyan. Bilirsiz ki, onların adı bəlli dırnaqarası “milli lider”ləri var: Qardaşyan.

- Tarixləri də uydurmalardan və yalanlardan ibarətdir... 

- Sovet dönəmində yazıçılar, sənət adamları Dağlıq Qarabağa gedirdik. Orda bizi bir abidənin yanına apardılar. Hansı ki, həmin abidə Ağdərə rayonunda yerləşirdi və ermənilərin Qafqaza gəlişinin 150 illiyi münasibətilə qoyulmuşdu. Bunların  Qafqaza gəliş tarixi bəllidir. Çar Rusiyası dövründə dünyanın bir sıra yerlərindən  gətirilib Azərbaycan torpağı olan Dağlıq Qarabağda yerləşdiriliblər. Bu münasibətlə də abidə qoyulmuşdu. Sovet dönəmində 150 il idi ki, Qarabağda məskunlaşmışdılar. 30 il də üzərinə əlavə edəndə heç 200 il etmir. Bəs, hansı qədimilikdən, dədə-baba torpaqlarından danışırlar? Bir sözlə, bunlar qədim Hindistandan köç edib, səpələnərək it sürüsü kimi dünyaya yayılıblar. Hər yanda da fitnə-fəsadla məşğul olublar. Bir də onu qeyd edim ki, Azərbaycan xalqı haqqında çox söz deyilib. İgiddir, qonaqpərvərdir, şairdir, istedadlıdır deyirlər. Amma Azərbaycan xalqı səbrlidir deməyiblər. İndi isə mən deyirəm, biz çox səbrli xalqıq. Çünki 30 ildir erməni tayfasının və güclü havadarlarının “laylayları”na mürgüləmişik. Ona görə ki, biz həm də sülhsevər millətik. Fikirləşmişik ki, məsələni danışıqlarla həll edək.

- Onlar isə bizim humanistliyimizdən istifadə etdilər... 

- Dünyada bu qədər ədalətsizlik ola bilməz. Özgə torpağında oturasan, deyəsən ki, mənimdir. Hələ əlavə də müharibə iddiasında idilər. Nəhayət ki, bütün bunlardan sonra Azərbaycan xalqının səbri daşıb selə döndü. Artıq o selin qarşısında da heç kim dayana bilməz. Otuz ildən sonra gördük ki, ermənilərə və havadarlarına nə danışıq təsir edir, nə da barış. Üstəlik, heysiyyatımızla da oynayırlar. Cənab Prezident demiş, baş nazirləri Nikol Paşinyan gəlib, Şuşada rəqs edir. Deyirdi ki, Qarabağ bizimdir, bir qarış torpaq da qaytarmayacağıq. Hətta yenə müharibələr aparıb, yeni torpaqlar işğal edəcəyik. Biz də bu hərəkətlərlə, iddialarla heysiyyatımızın, şərəfimizin təhqir olunmasına dözmədik. Beləliklə onlar öz cavablarını aldılar, almağa da davam edəcəklər. 

- Fikrinizcə, keçdiyimiz müharibə prosesi nələri gün üzünə çıxardı? 

- Hər kəsin gerçək simasını göstərdi. Göründü ki, erməni kimdir, Azərbaycan xalqı kimdir. Paşinyan kimdir, Azərbaycanın Ali Baş Komandanı kimdir. Dünyaya məlum oldu ki, Paşinyan küçə adamı, qorxaq, tülkü, tarixdən xəbərsiz, siyasətdən qandığı qrafa olmayan biridir. Onun dil bilikləri də yoxdur. Amma Azərbaycanın rəhbəri cənab İlham Əliyev dünya dillərində mükəmməl danışır. Hətta ingilis dilində Trampdan, rusca Putindən, Azərbaycan dilini mən yazıçı,bu dilin professoru Baba Vəziroğlundan daha yaxşı danışır. Əcnəbi dillərdə çıxış edərək bütün həqiqətləri dəlillə, sübutla dünyaya elan edir. 

- Əfsuslar olsun ki, dünya reallığı görməkdən qaçır...

- Dünya həqiqəti , ədaləti görmək istəmirsə, bu zaman güc qalib gələcək. Burda artıq gücdən söhbət gedir. Ümumiyyətlə, təbiətdə güc həmişə önəmli rol oynayıb. Güclüsənsə sözünü eşidəcəklər, səni tanıyacaqlar, sayacaqlar.

Gücsüzsənsə, zəifsənsə, hamı sənin üstünə gələcək. Bu gün Azərbaycan dünyaya gücünü göstərməkdədir. Azərbaycan tək deyil. Onun yanında 83 milyonluq Türkiyə var. Dünyanın ən müasir, ən vətənpərvər ordusu ilə türk qardaşlarımız bizimlədir. 220 milyonluq Pakistan var. Bizim din, əqidə qardaşlarımız var.

İndi dünya dərk etsin ki, Azərbaycan tək deyil. Qarğalar, quzğunlar atılıb düşməsinlər.

Bu gün Azərbaycan həm siyasi arenada, həm də döyüş meydanında sözünü  deyir. Vuruşmaq üçün nə qədər müstəvi varsa, hamısında mübarizə aparacağıq. Qalib gələcəyik.  

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu