ABŞ-ın mövqeyi Azərbaycan maraqlarına uyğundur: “Kremli “iqnor” etmək...”


“Çünki Ermənistanın ən böyük havadarının Rusiya olduğu məlumdur"

"Bir tərəfdən Kremli “iqnor” etmək, bir tərəfdən də onun lehinə bəyanat səsləndirmək doğru olmaz"

Dağlıq Qarabağ müharibəsi- davam edən vətən savaşı artıq beynəlxalq miqyasa, müstəviyə keçib.  Müharibəni Azərbaycanla Ermənistan aparsa da, əslində dünyanın ən böyük gücləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri hərbi əməliyyatlarla yaxından maraqlanır, öz reaksiyalarını gizlətmirlər. Vasitəçilərdən ikisinin- Rusiyanın, Fransanın riyakarlığı-haqqı nahaqqa qurban vermələri aydındır. Bunu özləri də etiraf edirlər. Yaxşı, bəs Amerika? Hər halda Donald Trampın koronavirusa yoluxmasının ABŞ-ın reaksiyasına aidiyyəti yoxdur və olmamalıdır.



 Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ABŞ-ın mövqeyini “Sherg.az”a açıqlayıb: 

“Amerika siyasi rəhbərliyi Azərbaycan maraqlarına uyğun bəyanatlarla çıxış edir. Çünki Ermənistanın ən böyük havadarının Rusiya olduğu məlumdur.

Əlbəttə, bir tərəfdən Kremli “iqnor” etmək, bir tərəfdən də onun lehinə bəyanat səsləndirmək doğru olmaz. Bunu ancaq axmaqlar edər”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu