“Gənclik müharibədə də, rəqəmsal dünyada da öz sözünü deyir”

“Yüksək etiketə, ali dəyərlərə və milli ideyaya malik gənclik formalaşıb” 


İki həftədir, Dağlıq Qarabağda  gedən müharibə ilə bağlı gənclərin aktivliyi göz önündədir. Hazırda döyüşlər təkcə ön cəbhədə deyil, həm də arxa cəbhədə aparılır. Əlbəttə, qəhərman oğullarımız ön cəbhədə gecəsini gündüzünə qataraq, sinələri düşmən gülləsinə sipər edib, vətənimizin keşiyində dayanırlar. Özü də möhkəm dayanırlar.  Bununla yanaşı, arxa cəbhədə də media nümayəndələri qələmlərini süngüyə çevirib, müzəffər ordumuza informasiya dəstəyi göstərir. Çünki Azərbaycan vətən müharibəsi  aparır. Bu müharibədə isə hər kəs ilk növbədə vətəndaşlıq borcunu yerinə yetirib “əlini daşın alıtna qoymalıdır”.

Əlbəttə, vətənin bütövlüyü uğrunda nəinki “əlini daşın altına qoyan” qan töküb, can alıb, can verən gənclərimiz var və olacaq da. Heç kimə sirr deyil ki, bütün bunlar illərdir ölkəmizdə vətənpərvərlik və milli məfkurənin təbliğinə dair aparılan maarifçi işin, fəaliyyətin təzahürüdür. 



Mövcud vəziyyətlə bağlı “Sherg.az”a danışan etiket üzrə mütəxəssis Günel İbrahim də bildirib ki, Azərbaycan öz tolerantlığı ilə seçilən ölkədir:

“Azərbaycan gəncliyinin özəlliyi odur ki, onlar tolerantlığı, ədalət prinsipi ilə böyüyən və milli dəyərləri dünyəvi standartlar üzərində formalaşdırmağı bacarır. Bu gün ölkəmiz müharibəni yüksək ədalətlə, Cenevrə konvensiyasına uyğun və müharibə etiketi çərçivəsində aparır.

 Azərbaycan gəncliyi öz torpağı uğrunda müharibəyə hər zaman hazırdır. Hüquqi sənədlər içərisində  elə bir tarix, elə bir hadisə yoxdur ki, Azərbaycan gəncliyinin hər hansı terror, aqressiyası orada göstərilsin.  Azərbaycan gəncliyinin bu gün müharibədə iştirak etmək istəyi sadəcə ölkəsini qorumaq, öz vətəninə sadiq qalmaq, Azərbaycan gələcəyinə sağlam, bütöv Azərbaycanötürmək istəyidir. 

  Bu gün sosial şəbəkələrdə Azərbaycan gəncliyinin hazırlığının, cənab prezidentin ətrafında toplanmasının və ideya birliyinin bəxş etdiyi qürur hisslərini yaşayıram. Yüksək etiketə, ali dəyərlərə və milli ideyaya malik gənclik formalaşıb. 

   Dünən sosial şəbəkələrdə bir çox yerlərdən tanımadığım insanlar informasiya paylaşımında o qədər etik normalar və sürətli təbliğat kampaniyası aparırdı ki, bir çox həştəqlərdə birinciliyi əldə edə bildik.

Həmin iş hər hansı  xüsusi layihə çərçivəsində həyata keçirilməyib. Bu, təşkilatlanmış Azərbaycan gəncliyinin düşüncəsi idi. Gənclər yalnız müharibədə deyil, rəqəmsal dünyada da öz sözünü dedi, deyir.  Azərbaycan öz torpağında, vətən uğrunda müharibəyə də, sülhməramlı olmağa da hazırdır. Hər iki halda da insanlığa qarşı ədalətsizlik göstərmədən bunu davam etdirəcəyinə inanıram.

Təbii ki, Azərbaycan gənci Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə müvafiq olaraq hərəkət edəcəyini düşünür, bilir və istəyir”. 

Sücayət Mehtili

Paylaş

Bizi Facebookda izləyin
menu
menu