Mövlud Çavuşoğlu: "Erməni vəhşiliyi qarşısında susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir"

"Ermənistan müharibə cinayətləri və mülki şəxsləri öldürməyə davam edir". 
APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında yazıb. 
"Ermənistan uşaq böyük demədən günahsız insanları öldürür, bu vəhşiliyə qarşı susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir. İnsanlıqdan nəsibini almayanlar  işlədikləri günahlara görə cavab verəcəklər. Can Azərbaycanın  hər zaman  yanındayıq", - deyə Türkiyə XİN başçısı bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu