İlham Əliyev: “Onsuz da onları sona qədər qovub, torpağımızdan rədd edəcəyik”

“Bu anları səbirsizliklə gözləyərək həyatdan gedən 10 minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görmədi. Ancaq əminəm ki, bu gün onların ruhu şaddır”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib:

“Mən bir daha demək istəyirəm ki, baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur, bugünkü atəş nəticəsində azyaşlı uşaqlar da həlak olub, bütün bunlara baxmayaraq, mən bir daha demək istəyirəm ki, biz qisasımızı mülki vətəndaşlardan almamalıyıq. Biz döyüş meydanında qisasımızı alırıq, alacağıq, şəhidlərimizin, həlak olanların qanı yerdə qalmır, qalmayacaqdır. Bir daha Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, öz xoşuyla qalan torpaqlardan çıxsın. Onsuz da biz onları ordan rədd edəcəyik. Onsuz da onların izi-tozu da o torpaqlarda qalmayacaq. Onsuz da onları biz sona qədər qovub, torpağımızdan rədd edəcəyik. Öz xoşuyla getsin”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu