Fransız deputat Gəncənin icra başçısına başsağlığı verib

Fransa Milli Assambleyasının deputatı, Yon vilayətinin keçmiş Prezidenti Andre Vilye Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramova başsağlığı verib.
APA-nın məlumatına görə, başsağlığında deyilir:
“Cənab icra başçısı, Bir neçə dəfə Gəncə şəhərində beynəlxalq üzüm və şərab festivalında iştirak etmişəm və qədim Gəncə şəhəri haqqında çox xoş xatirələrim var. Gəncə şəhərinin mülki kvartallarının ölüm və əzabla nəticələnən raket hücumlarına məruz qaldığı haqqında məlumatı eşitmək mənim üçün çox kədərlidir və bu hücumları pisləyirəm. Gəncə şəhərində mənim çoxlu yaxın dostlarım var. Bu kədərli anda sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm, bütün yaralananların isə tezliklə sağalmasını arzu edirəm. Gəncə şəhərinin bütün sakinlərinə dostluğumu bir daha çatdırmaq istəyirəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu