Türkiyədə terror aktının qarşısı son anda alındı: Saxlanılanlar var

Türkiyənin Qazi Antəp şəhərində planlaşdırılan təhlükəli terror aktının qarşısı ən son anda alınıb.

Axar.az xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Bildirilir ki, vətəndaşlar Şəhid Kamil rayonunda yerləşən Karşıyaka Polis Mərkəzinin qarşısında park edilmiş avtomobilin altındakı bağlamadan şübhələniblər.

Çağırış yerinə gələn polis əməkdaşları avtomobilin altına itələnmiş çantada üç hissədən ibarət 1.2 kiloqram ağırlığında partlayıcı aşkar ediblər. Əldə düzəldilən partlayıcı zərərsizləşdirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu