Millət vəkili:  "Ermənistan beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”  


Ermənistan silahlı qüvvələri oktyabrın 17-i gecə saat 01 :00  radələrində Gəncə şəhərini yenidən raket  atəşə tutub. Baş Prokurorluğun son məlumatına görə, hadisə nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb. Eyni zamanda çoxsaylı mülki infrasturuktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Düşmənin getdikcə azğınlaşdığı göz önündədir. Gəncədəki mülki vətəndaşlarımız ikinci dəfə eyni dəhşəti, vəhşəti yaşadılar. Ermənistan rəhbərliyi hər zamankı kimi atəşkəs qaydalarını, beynəxalq hüquq normalarını heçə sayır. Lakin düşmən törətdiyi hərbi cinayətlərə görə layiqli cavabını almır. Səbəbi isə bəllidir: “Haqq carçısı” olan beynəxalq qurumlar «ağızlarına su alıb oturublar ». Məhz buna görə getdikcə azğınlaşan ermənilər istədikləri kimi “at oynadırlar”.

Millət vəkili Soltan Məmmədov “Sherg. az”a bildirib ki, Ermənistanın terror əməllərinə son qoyulmalıdır.

Parlamentari qeyd edib ki, təbliğatımızı xarici dillərdə aparmaq çox vacibdir. Sosial şəbəkələrdə erməni yalanlarının ifşası istiqamətində işimizi gücləndirməliyik:

“Dövlət səviyyəsində terror siyasəti həyata keçirən Ermənistan oktyabrın 17-də gecə saatlarında Gəncəyə növbəti dəfə xaincəsinə ballistik raketlərlə hücum edərək 4-ü körpə uşaq olmaqla daha 14 nəfər günahsız insanı qətlə yetirib, 55-dən artıq vətəndaşımızı yaralayıb. Bu qanlı terror aktı bir daha beynəlxalq qanunvericiliyin, 1949-cu il Cenevrə Konvensyalarının və onların  Əlavə  Protokollarının tələblərinin kobud şəkildə pozulması deməkdir. Bu səbəbdən də beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın dinc mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə laqeyd qalmamalı, faşist xislətli bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”.

Deputat vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu dəfə də  işğalçı dövlətin xalqımıza qarşı törətdiyi qanlı terror aktlarını susqunluqla qarşılasa, Azərbaycan dövlətinin özü  Ermənistanın hərbi-siyasi rəhbərliyini törətdiyi hərbi cinayətlərə görə cəzalandıracaq:

“Bu cəza isə daha amansız, terrorçu dövlətin dinc vətəndaşlarımıza qarşı törətdiyi ağır cinayətlərə adekvat olacaq. Buna heç kimin, o  cümlədən Ermənistanın havadarlarının da şübhəsi olmasın”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu