Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb


Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Mtatsminda parkında yerləşən teleqüllə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə axşam saatlarından etibarən Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu