“Fənərbaxça” liderliyə yüksəlib


Türkiyə Super Liqasında V tur davam edir.
 
Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə keçirilməli olan 4 matçdan üçü baş tutub.

“Hatayspor” – “Ərzurum BB” qarşılaşması təxirə salınıb. Günün iki görüşündə eyni hesablı heç-heçə qeydə alınıb. “Antalyaspor” – “Qaziantep” və “Fatih Karagümrük” – “Kasımpaşa” oyunlarında tərəflər bir xalı bir qolla qazanıb.

Günə İzmirdə yekun vurulub. “Fənərbaxça” “Göztəpə”nin qonağı olub. 5 qolun vurulduğu qarşılaşmada qalib gələn İstanbul klubu 1-ci pilləyə yüksəlib. Meydan sahibləri isə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.
 
Türkiyə Super Liqası
V tur
18 oktyabr
“Hatayspor” – “Ərzurum BB” – təxirə salınıb
“Antalyaspor” – “Qaziantep” – 1:1
Sobiex, 45 – Kara, 47
“Fatih Karagümrük” – “Kasımpaşa” – 1:1
Sam, 3 – Soyalp, 70
“Göztəpə” – “Fənərbaxça” – 2:3
Gilyerme, 34 (pen.), 63 – Sosa, 27 (pen.), Aziz, 43, Pelkas, 51

Paylaş

Bizi Facebookda izləyin
menu
menu