Türk Ocağında geniş konfrans: Azərbaycanın haqq davasına dəstək ifadə olundu ! + Video

Dünən Türkiyə Türk Ocaqları Mərkəzinin qərargahında mərkəzin sədri  professor Mehmet Özün sədrliyi ilə müxtəlif yerlərdə fəaliyyət göstərən "Türk Ocağı"  başqanlarının internet üzərindən geniş konfransı kecirilib. "Sherg.az" xəbər verir ki, Türkiyənin 90 - dan cox mərkəzi şəhərində  və bəzi Avropa ölkələrində  fəaliyyət göstərən təşkilatda son dövrdə  görülən işlər və qarşıdakı vəzifələr, məqsədlər  müzakirə olunub. Türkiyə Türk Ocaqları  mərkəzinin sədri, professor  Mustafa Öz təşkilatın fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat verib, Qarabağ şavaşında qarşıda duran məqsədləri açıqlayıb, milli həmrəylik və yardımlaşmanı  önə cəkərək bəzi təkliflərini, arzu - istəklərini dilə gətirib.

"Azərbaycan Türk Ocağı"nın başqanı Dr. Akif Aşırlı Qarabağ savaşının hazırkı vəziyyəti barədə konfrans iştirakçılarına  məlumat verib, haqlı davada Türkiyə dövlətinin və xalqının  Azərbaycanın yanında olmasından  dolayı verilən dəstəyə görə təşəkkürünü bildirib. Bu gün "iki dövlət, bir millət" deyiminin sözdə deyil , əməldə həyata kecirildiyini məxsusi vurğulayan Akif Aşırlı qeyd edib  ki, Azərbaycan  Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Milli Azərbaycan Ordusunun qətiyyəti ilə 27 ildir ki, Ermənistan və havadarı Rusiya tərəfindən alınan torpaqlarımız işğaldan azad edilir. Azərbaycanda milli ovqatın yüksək olduğunu, milli həmrəylik və birliyin Qarabağın işğaldan azad olunması ücün böyük əhəmiyyət daşıdığını bildirən A.Aşırlı Türkiyənin Cənubi Qafqazda oynadığı tarixi missiyanın təkrar olunduğunu, bunun böyük əhəmiyyət daşıdığını vurğulayıb. Konfransın sonunda iştirakçılar birlikdə "Çırpınırdı Qara dəniz" mahnısını ifa ediblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu