Tramp: “Baydenə səs versəniz, gələcəyiniz virusa çevriləcək”

Donald Tramp hesab edir ki, onun Demokrat Partiyasından olan rəqibi Co Bayden prezident seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ böyük böhranla üzləşəcək.

“Əgər siz Baydenə səs versəniz, o, iş yerlərini Çinin ixtiyarına təqdim edəcək, sizin gələcəyinizi virusa çevirəcək”.

TASS agentliyi xəbər verir ki, D.Tramp bunu Nevada ştatında tərəfdarları qarşısında çıxış edərkən deyib.

D.Tramp qeyd edib ki, bu seçkilər ölkəni bərpa edən şəxslə Bayden böhranı arasındakı seçimdir:

“Sizin qazancınız Böyük böhran olacaq, vergilər artacaq”.

Qeyd edək ki, Böyük böhran 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranıdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu