Həbib Nurməhəmmədovla Castin Qetji arasında döyüş tamaşaçısız keçiriləcək

UFC çempionu rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Castin Qetji arasında döyüş tamaşaçısız keçiriləcək.
Bu barədə ABŞ-ın nüfuzlu ESPN telekanalının jurnalisti Brett Okamoto məlumat yayıb.
Onun sözlərinə görə, təşkilatçılar əvvəlcə məhdud sayda bilet satacaqlarını elan etsələr də, son qərara əsasən, bu plan baş tutmayıb.
Qeyd edək ki, yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Qetji karyerası ərzində keçirdiyi 22 döyüşdə qalib gəlib, iki qarşılaşmada məğlub olub.
H.Nurməhəmmədov isə qarışıq döyüş növlərində indiyədək keçirdiyi 28 döyüşün hamısında qələbə qazanıb.
İdmançılar arasında döyüş oktyabrın 24-də keçiriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu