Koronavirus beynin funksiyalarını pozur

Sağalandan sonra daşıyıcılar yaddaş problemləri yaşayırlar

İngiltərə Milli Sağlamlıq Araşdırmaları İnstitutu (NIHR) uzun müddət koronavirusu olanların sonradan yaşadıqları dörd əsas sindromu açıqlayıb.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki,  İngiltərə alimləri "COVİD-19" dan müalicə alan insanlarda uzunmüddətli qalıcı ziyanlar meydana gəldiyini müəyyənləşdirib.  Mütəxəssislər tərəfindən dörd ad altında toplanan sindromlardan biri koronavirus xəstələrində sonradan ortaya çıxan xəstəliklərdir.

Birincisi, koronavirusa yoluxanlar uzun müddət hərəkətsiz qaldıqları üçün onlarda əzələ sistemləri zəifləyir. Həmçinin zədə səbəbindən narahatlıq və ruhi sağlamlıq problemləri yaşamağa başlayırlar.

İkinci sindrom isə, bir çox şeyləri xatırlaya bilməməkdir ki, bu da  bəzi beyin funksiyalarının pozulmasına səbəb olur.  Üçüncüsü, tənəffüs çətinliyi səbəbindən bir çox koronavirusa yoluxmuş şəxslər  sonradan həddindən artıq yorğunluqdan əziyyət çəkirlər.

Sonuncu isə, daimi olaraq onlarda orqan zədələnməsi müşahidə olunur. Həkimlər israrla bildiriblər ki, koronavirus yalnız tənəffüs yolu xəstəliyi deyil, o həmçinin bədənin bütün hissələrinə təsir edən çox sistemli xəstəlikdir. 


Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu