Ali Attestasiya Komissiyasının sədrinə minnətdarlıq məktubu: "Gənc alimlər üçün əlverişli şərait yaradılır"

Azərbaycan Dillər Universitetinin hüquq üzrə fəlsəfə doktoru Cəfərova Reyhan Fəhratqızı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professorFamil Mustafayevə minnətdarlıq məktubu ünvanlayıb. 

"Sherg.az" məktubun mətnini olduğu kimi təqdim edir. 

"Çoxhörmətli Famil müəllim!

Azərbaycan xalqının bu günlərdə yaşadığı çətin, lakin eyni zamanda şərəfli tarixi dönəmində mənə hüquq üzrə fəlsəfə doktoru diplomunun verilməsinə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Səmimiyyətlə düşünürəm ki, Sizin  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının işində apardığınız islahatlar gənc alimlər üçün daha əlverişli şəraitin yaradılmasına, onların fundamental və aktual elmi tədqiqatlar aparmasına yardım göstərilməsinə və öz potensiallarının üzə çıxarılmasının dəstəklənməsinə xidmət edir.

İnanıram ki, yaxın günlərdə Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyev cənablarının xalqın onun ətrafındakı müstəsna birliyi və tam etimadından qaynaqlanan siyasi iradəsi və rəhbərliyi nəticəsində rəşadətli ordumuz işğal altında olan bütün torpaqlarımızı mənfur düşməndən azad edəcək və mənim kiçik qələbə sevincim xalqımızın böyük qələbə sevincinə qarışacaq, xalqımız bu möhtəşəm günü Şuşa şəhərində Azərbaycanın üçrəngli bayrağı altında qeyd edəcəkdir.

Hörmətli sədr, öz adımdan, mənimlə birgə bu şərəfli elmi dərəcə və elmi adları alan alimlərin adından Sizə uzun ömür, möhkəm can sağlığı, müasir müstəqil Azərbaycanın tərəqqisi və elminin inkişafı istiqamətində göstərdiyiniz fəaliyyətdə yeni-yeni uğurlar arzu edirəm".
 




Paylaş

Bizi Facebookda izləyin
menu
menu