Təhsil Nazirliyinin qərarı doğrudur - Pandemiya cavanlaşıb !

Məktəbliləri qorumaq lazımdır

19 oktyabr tarixindən 2 noyabr tarixinədək məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilib.
Bu barədə Nazirlər Kabinetinin Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə qərarında bildirilir. 

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq"ə açıqlamasında bildirib ki, indi insanlar üçün ən önəmli məsələ sağlamlıqdır:

"Təhsil hər bir insanın gələcəyinə xidmət edir. Onun rifahının yaxşılaşmasına təsir göstərir. Əgər sağlamlıq yoxdursa, o zaman insana nə geyim, nə də təhsil lazımdır.

Ona da görə də, Təhsil Nazirliyinin verdiyi bu qərarı, əmri müsbət hesab edirəm və bu, tam qanunauyğundur. Çünki pandemiya getdikcə cavanlaşır. Əvvəllər yaşlı insanları tuturdu, amma getdikcə cavan şəxslər arasında yoluxma müşahidə olunmaqdadır. Əgər cavan adamlar arasında yoluxma varsa, bu zaman birinci növbədə uşaqları qorumaq lazımdır.

Söhbət burada təhsilin qabağa çəkilməsindən gedir. Yəni ki, əgər noyabrın 2-dən sonra müsbət tendensiya olarsa, güman edirəm ki, dərslər davam edəcək və heç bir diskomfort yaşamayacağıq. Gələcəkdə buraxılmış dərslərin bərpası üçün isə müəyyən addımlar atılacaq".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu