"Zərbə" də işini görür

Yerli PUA-larımız da düşmənə aman vermir

“Hazırda davam edən döyüşlər zamanı Azərbaycan Ordusunun pilotsuz uçan aparatlardan geniş istifadə etməsindən hamı məlumatlıdır”. Bu barədə “Sherg.az”a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov deyib. QHT rəhbəri bildirib ki, amma çox az adam bilir ki, bu döyüşlərdə Türkiyə istehsalı olan “Bayraktar” PUA-lardan əlavə Azərbaycanın milli dronu olan “Zərbə” pilotsuz uçan aparatlardan da istifadə olunur. Onun sözlərinə görə, “Zərbə” PUA-larındakı xüsusi izləmə mini optik kamerası istisna olmaqla (kamera Çindən idxal olunur) tamamilə yerli istehsaldır:

“Yerli PUA-mız gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Bu aparatlar həm müxtəlif texnikaya, həm də canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik “K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. Milli PUA-lar elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk “GPS” əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə də qadirdir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu