Qələbə xəbərləri də ruhlandırıb

Arif Babayevin səhhəti yaxşılaşır

Bir müddət öncə insult keçirən ustad  xanəndə, Xalq artisti Arif  Babayevin müalicəsi davam edir. Arif müəllim səhhətindəki problemlərlə əlaqədər uzun zamandır ki, mətbuatdan, efirlərdən də ayrı düşüb. 
“Sherg.az” ustad xanəndənin son sağlıq durumunu öyrənmək məqsədilə oğlu Yaşar Babayevlə əlaqə saxlayıb. Yaşar bəy atasının səhhəti ilə bağlı bunları söyləyib:
“Yaxşıdır, hər şey qaydasındadır. Müalicəsi evdə davam edir. Allaha şükür ki, yaxşılığa doğru gedir. İnşallah, yaxşı olacaq”.
Yaşar bəy həmçinin, xalq artistinin ordumuzun uğurlarından xəbərdar olduğunu və torpaqlarımızın bir hissəsinin işğaldan qurtuluşuna görə çox fərəhləndiyini bildirib: “Çox sevinir. Həddindən artıq şad olur. Hamımız tezliklə qələbə qazanacağımız günü gözləyirik”.
Samirə Ərəbova 

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu