Türkiyəli tarixçidən sərt təpki: "Gəncə vəhşiliyinə Qərb dövlətləri və Rusiya ortaqdır”


“Əlbəttə, ən birincisi, bu raketləri Ermənistana göndərən və istifadəsinə icazə verən Kremldir”

“Günaha şərik olanlara lənət olsun. Ermənistanın həm məsumları qətl edib, həm də zərərçəkmiş rolunu oynamasına təəccüblənmirəm”

“Çünki onlar bunu yüz əlli ildir edirlər. Ancaq tarix onlara türklərlə anlaşmağı öyrətməli idi”


İkinci Dağlıq Qarabağ müharibəsi ilə ermənilərin xain xislətləri bir daha üzə çıxdı. Bu dəfə bütün dünya onların necə qaniçən və vəhşi olduqlarını gördü. Əsgərlərimizlə bacarmayan erməni quldurları hirslərini mülki əhalidən, körpələrdən, yaşlılardan çıxırlar. Gəncənin artıq üçüncü dəfə hədəf alınması dediklərimizin bariz sübutudur. Görünür, düşmən nəinki müharibə qaydalarından, heç insanlıqdan da xəbərdar deyil. Olsa, belə edərmi?

 Ermənilər qazdıqları quyuya özləri düşürlər. Bizdə ruh düşkünlüyü yarada biləcəklərini ehtimal etsələr də, nəticədə bütün dünyanın qınaq obyektinə çevrilirlər.

 Türkiyəli tarixçi, professor İbrahim Ethem Atnur işğalçıların vandallıqlarına dair fikirlərini “Sherg.az”la bölüşüb:

 “Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vəhşətini qınayıram. İnsanlığa qarşı günah eləyən Ermənistanın vəhşiliyinə keçmişdən bəri səssiz qalan və bunu indi də davam etdirən Qərb dövlətləri, ictimaiyyəti, bir neçəsi istisna olmaqla İslam liderləri və Rusiya bu vəhşiliyə ortaqdır. Əlbəttə, ən birincisi, bu raketləri Ermənistana göndərən və istifadəsinə icazə verən Kremldir.

Günaha şərik olanlara lənət olsun. Ermənistanın həm məsumları qətl edib, həm də zərərçəkmiş rolunu oynamasına təəccüblənmirəm. Çünki onlar bunu yüz əlli ildir edirlər.

Ancaq tarix onlara türklərlə anlaşmağı öyrətməli idi. İmperialistlərin dəstəyi ilə haqqından artığını tələb edib, türklə düşmən olmağın nəticəsinin ağır olduğu tarixən dəyişməzdir.

Kazım Qarabəkirin Gümrüdə qurduğu Divan və Ermənistan “lider”i Hatisyanın Londona göndərdiyi teleqraflar buna nümunədir. İndi eyni Divanı Azərbaycanın quracağı aydındır.

Vətəni uğrunda şəhadət şərbəti içən azərbaycanlı şəhidlərə və Ermənistanın qətl etdiyi məsum Azərbaycan türklərinə Allahdan rəhmət diləyiəm. Ruhları şad, məkanları cənnət olsun.

Həqiqətən, sanki “hamımız erməniyik” deyərək İstanbul küçələrini “çığırdan” demokratiyasevər, insanpərəstlər hardadırlar? Azərbaycanda qətl edilən körpələr və uşaqlar onlara heç nə ifadə etmir”?!                                                                                                                                                                                                                  

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu