“İsrail göstərdi ki, o, Ermənistanla “muhattab” deyil” – AÇIQLAMA

“İsrail çox yüksək dəyərlərə malik, Ermənistanla müqayisə edilməz ölkədir”

“Rəsmi Təl-Əvivin keçmiş müdafiə nazirinin açıqlaması da bunu bir daha sübut etdi” 



Ötənlərdə İsrail Ali Məhkəməsi Azərbaycana silah satışına qadağanın qoyulması vəsatətini dəlil çatışmazlığı səbəbi ilə təmin etməyib. Bu barədə məlumatı “Jerusalem Post” yayıb. Hakim Yosef Elronun sözlərinə görə, iddiaçının məhkəməyə təqdim etdiyi materialların heç birində dinləmənin keçirilməsi üçün yetərincə dəlil yoxdur.

Hakim qeyd edib ki, bu, ən yaxşı halda İsrail silahının Azərbaycana satıldığı və həmin silahın ölkənin arsenalında sadəcə özünümüdafiə məqsədilə saxlanıldığını sübut edə bilər.  İsrail isə öz növbəsində Azərbaycana silah satışı ilə bağlı məhkəmə qərarını rədd edib. Beləliklə, bizə dəstəyini növbəti dəfə göstərib.

“Sherg.az” olaraq İsrail sözegedən jestini qiymətləndirməsi Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ilə əlaqə saxladıq. O, bunun hansı məqamlarla bağlı olduğunu izah etdi: 

“İlk növbədə onu deyim ki, Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq var. Həm də Azərbaycanda İsrailin səfirliyi fəaliyyət göstərir.

İsraildə isə yaxın vaxtlarda bizim səfirliyimiz açılacaq. Eyni zamanda cəmi bir neçə ölkədə, o cümlədən Azərbaycanda yəhudilər firavan yaşaya bilirlər.

Ən vacib məqam isə ondan ibarətdir ki, İsrail əsilli şəxslər bir öz vətənləri, bir də Azərbaycan uğrunda şəhid olublar. Məhz bu amillərə görə, ikinci Dağlıq Qarabağ müharibəsi dövründə Türkiyətək İsrailin də dəstəyini hiss etdik. Əlbəttə, Ermənistan bu münasibətlərə xələl gətirmək istəyir.

Siravi bir bloqer səviyyəsində cəhd də buna hesablanmışdı.

Amma tərəflər arasında düşmənlik olmasa da, İsrail göstərdi ki, o, işğalçı ilə “muhattab” deyil. İsrail çox yüksək dəyərlərə malik, Ermənistanla müqayisə edilməz ölkədir. Rəsmi Təl-Əvivin keçmiş müdafiə nazirinin açıqlaması da bunu bir daha sübut etdi”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu