Ermənistan ordusunda XAOS: İtkilər artdıqca böhran dərinləşir – Şirin nağılın acı sonu!

“Düşmənin silahlı qüvvələri sözün əsl mənasında pərakəndə vəziyyətdədir”

“Bu isə onu deməyə əsas verir ki, onlar biabırçı məğlubiyyətə məhkumdurlar” 


Döyüş meydanındakı uğurlarımız davam etdikcə, Ermənistan ordusunda çaxnaşma artır. Baş nazir Nikol Paşinyanın ölkədə  artıq dördüncü dəfə ümumu səfərbərlik haqqında qərarı, qocaları, qadınları döyüşə cəlb etməsi bunun bariz sübutudur. Üstəgəl, əsgərlər də döyüşə girməkdən imtina edirlər.

Panika o həddə çatıb ki, əsgərlər, az qala, komandirlərinə hərbi salam verə, məruzə edə də bilmirlər. Həm də hansı üzlə hərbi salam verəcək, nəyi məruzə edəcəklər? İtkilərinimi, geri çəkilmələrinimi? Bunu nəinki müdafiə naziri David Tonoyan, baş nazir Nikol Paşinyan, bütün dünya bilir. Deməli, indiki halda ən yaxşı variantları dinməz-söyləməz, necə deyərlər, üzüsulu çıxıb getmələridir. Heç arxalarına da baxmadan…



 Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli düşmən ordusundakı vəziyyətlə bağlı “Sherg.az”a danışıb: 

“Ermənistan silahlı qüvvələrində həmişə böhran olub. Müharibə isə bu böhranı daha aydın üzə çıxardı. İşğalçı canlı qüvvə, texnika baxımından ciddi itkilər verir. Hətta kəşfiyyat qrupları, xüsusi təyinatlıları da artıq məhv edilir. Ermənilərin döyüş bayrağı ələ keçirilib, komanda-qərargah məntəqələri dağıdılıb.

Statistikaya görə, 250-dən çox texnika, 300-ə yaxın artilleriya qurğusu sıradan çıxarılıb, bəziləri qənimət kimi götürülüb. Əlbəttə, belə də olmalıdır. Çünki biz ərazilərimizi işğaldan azad etdikcə, ermənilər geri çəkilməli olurlar.  Beləliklə, ordumuz daha da ruhlanır, daha çox şücaətlə irəliləyir. Ermənistanda isə daxili narazılıq artıq. Xunta hakimiyyətinin uydurduğu nağılların yalan olduğu üzə çıxır”.

E.Həsənlinin fikrincə, qələbə uzaqda deyil:

“Müharibədə qələbəni təmin edən əsas amil peşəkarlıq, yüksək təminat və döyüş ruhudur. Ermənilərdə isə bunlardan heç biri olmadığına görə uduzurlar.

Cənab prezident, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə biz təkcə döyüş meydanında deyil, diplomatiyada, informasiya müharibəsində də düşməni məğlub edirik.

Tarixi qələbəyə çox az qalıb. Düşünürəm ki, həm şimal, həm cənub istiqamətində uğurlarımızın sayı artacaq. Biz bu ayın sonunadək bütöv qələbəyə sevinə bilərik. Ordumuz ən yaxın zamanda xalqımıza şanlı qələbəni bəxş edəcək. Düzdür, düşmənə kömək edənlər var.

Lakin Ermənistan ordusu hansısa hazırlıq görmək, silahları komplektləşdirmək, koordinasiya etmək iqtidarında deyil. Silahlı qüvvələri sözün əsl mənasında pərakəndə vəziyyətdədir. Bu isə onu deməyə əsas verir ki, onlar biabırçı məğlubiyyətə məhkumdurlar”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu