Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə bu tarixədək dayandırıldı

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, oktyabrın 19-dan noyabrın 2dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Bu səbəbdən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə əlavə yerləşdirmə noyabrın 2-dək dayandırılıb.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən Lent.az -a verilən məlumata görə, müsabiqənin elektron sənəd qəbulu mərhələsində faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaqdır. Faktiki yaşayış yerini və əlaqə nömrəsini düzgün qeyd etməmiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin elektron poçt ünvanına ([email protected]) göndərməlidirlər:

1. Ad, soyad, ata adı

Ad - 00:13
2. Şəxsiyyəti təsdiq edən sənədin surəti

3. Fin kod

4. Əlaqə nömrəsi

5. Faktiki yaşadığı ünvan (şəhər/rayon, küçə və s.)

Müraciət üçün son tarix 22 oktyabr saat 23:59-dur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu